Dünya tarixini dəyişən MÖHTƏŞƏM QADIN: "Dəmir Ledi"nin SSRİ-ni yox etmək planı və Qorbaçovla...
Bizi izləyin

Xüsusi

Dünya tarixini dəyişən MÖHTƏŞƏM QADIN: "Dəmir Ledi"nin SSRİ-ni yox etmək planı və Qorbaçovla...

“Xoruz yaxşı banlaya bilər, amma yumurtlamaq hər zaman toyuğun öhdəsinə düşür” .

Heç bitməyən, tükənməyən qadın gücü, mərhəməti, sevgisi dünyadan böyük qadın ürəyi olmasaydı, planet də öz oxundan küsərdi. İnciməyin, kişilər, lakin bildiyim bir aksiom var: yer üzündə nəfəs alan hər bir canlı, varlığını dəmir ledilərə borcludur.

Publika.az bu yazıda ledilərin ən dəmirlərinin birindən bəhs edəcək sizə. “Diştəmizləyən Meggi” ləqəbli Marqaret Tetçerdən...

Kimin üçünsə eqoizmə bürünmüş ifritə, kiminə görə qadın qüdrətinin rəmzi, nəhayət ən uzağı nəfəs qədər yaxın edən “dəmir ledi” silahının ilk sahibi Marqaret Tetçer...

Маргарет Тэтчер с сестрой

Marqaret Hilda Roberts 1925-ci il 13 oktyabr tarixində Böyük Britaniyanın Qrentem şəhərində dünyaya gəlib. Marqaretin özündən böyük Müriel adlı bacısı vardı. Atası Alfred Roberts ərzaq mağazasının sahibi idi. Bundan əlavə yerli siyasətin inkişafında yaxından iştirak edir, dini icmanın problemlərinin həllində əməyini əsirgəmir, həmçinin bələdiyyə şurasına üzvlük edirdi. Hətta bir il müddətinə Qrentemin meri də seçilmişdi.

Roberts ailəsinin hər iki qızı sərt şəkildə tərbiyə olunurdular. Bu tərbiyənin cizgiləri gələcəkdə hər ikisinin xarakterinə hopacaqdı. Hər şeyə rəğmən Albert qızları üçün ideal kişi obrazı idi. Çünki həm siyasi, həm də iqtisadi savadı, mütaliə sevgisi övladlarının ona olan güvənini ikiqat artırırdı. Albertin qızlarına aşıladığı ilk zərif məhəbbət kitab sevgisi idi. O, övladları ilə şəhər kitabxanasında zaman keçirməyi çox sevər, hətta Marqareti özü ilə birgə şuranın iclaslarına aparardı. Marqaret səlis nitqini də məhz bu iclaslardakı çıxışlardan aldığı dərslərə borclu idi.

Meggi hələ ibtidai sinifdən otüstü xokkeylə məşğul olur, piano dərsləri alır, üzgüçülük və natiqlik mədəniyyətini mənimsəyirdi. Anasının məişət, mətbəx qayğıları Marqareti maraqlandırmırdı. Atası Meggiyə əməyə dəyər verməyi və cəmiyyətə tabe olmadan, azad düşünməyi aşılayırdı. Marqaretin dili də ağlı qədər iti idi. Bu özəlliyinə görə sinif yoldaşları onu “diş təmizləyən” çağırırdılar.

Маргарет Тэтчер в иссÐ

Məktəbin son sinfində Marqaret sənədlərini Oksford Universitetinə təqdim edir. Uğur üzünə gülür, və Kimya fakültəsinə qəbul edilir. Tələbəlik illərində Marqaretin günləri laboratoriya otaqlarında keçirdi. Kimyaçı diplomununu alandan sonra isə Oksfordun Hüquq ixtisasını bitirir.

Meggi hakimiyyətin zirvəsinə pillə-pillə qalxırdı. 1946-cı ildə Mühafizəkarlar Partiyasının Universitet Assosiasiyasının ilk qadın sədri təyin olunur. Universiteti bitirəndən sonra da Marqaret tələbə yoldaşları ilə əlaqəni itirmir. Onun yaxın dostlarından biri Dartford Assosiasiyasının sədri idi. Komandası ilə birgə seçkilərə namizədlər axtarırdılar. 1951-ci ildə gənc qız seçkidə iştirak statusu qazanır. Bu əlamətdar hadisənin şərəfinə təşkil olunan tədbirdə Marqaret Roberts həyatını kökündən dəyişən kişi ilə tanış olur. Gənc iş adamı Denis Tetçer ilk baxışdan iddialı Meggiyə vurulur. Denis yaxşı bilirdi ki, təcrübəsiz, amma kifayət qədər ağıllı Megginin kişilərin liderlik etdiyi siyasətdə addımlarını bərkitməsi üçün ailə qurması vacibdir. Odur ki, dünya tarixinin axınını dəyişən ilk qadına evlilik təklif edir. Marqaretsə cavabında nümunəvi evdar qadın olmayacağını, bəzən saatlarla, günlərlə işinin köləsinə çevriləcəyini bildirir. Denis tam ciddiyətilə bildirir ki, evlilik təklifinin də əsas səbəbi budur.

Супруги Денис и Маргарет Тэтчер

Miss Robertslə nikah Denisin ikinci evliliyi idi. Təsadüfə baxın ki, onun ilk xanımının da adı Marqaret olmuşdu. Meggi bu nikaha bir şərtlə razılıq verir ki, ərinin birinci ailəsindən heç kim xəbər tutmayacaq. Cütlük sözünün üzərində durur. Marqaretin valideynləri ölənədək bu sirri öyrənmirlər. Əkiz övladları Mark və Kerrol isə atalarının keçmişindən 18 yaşları tamam olanda xəbər tuturlar.

Cütlüyün ittifaqını alovlu məhəbbət adlandırmaq doğru olmazdı. Ümumiyyətlə, Tetçerlərin nikahı məntiq eviliyi idi. Denis tez-tez səyahət edir, Marqo isə siyasətin girdabına baş vururdu. Onların birgə danışacaqları ortaq mövzuları da çox az idi. Denis siyasətlə heç maraqlanmırdı. Bütün bunlara rəğmən, Marqo yaxşı həyat yoldaşı olmağa çalışırdı. Əri üçün şam yeməyini də özü hazırlayardı. Daha doğrusu marketdən aldığı yarımfabrikat ərzaqlardan bişirərdi.

С новорожденными бÐ

Marqo dedim, "dəmir ledi"nin qəlbinin ilk və son alovunu xatırladım:

“Çox gənc idim. Cəmi 19 yaşım vardı. Məni yalnız o, Marqo deyə çağırardı. Ayrıldıq... Ondan sonra heç kimin mənə Marqo deməsinə izn vermədim. Səbəbi sizə maraqlıdır? Çünki mən xatirələrə qayıtmıram, sadəcə məni unudanları unuduram. Artıq 30 il keçmişdi. Mayamiyə səfər edirdim. Arxamdan kiminisə “Marqo” deyə qışqırdığını eşitdim. Gözüm əldən düşmüş, əynindəki sökük-tökük paltarına bürünmüş qocaya zilləndi. Susdum... Tez oteldəki otağıma döndüm. Haldan düşənədək ağladım, və anladım ki, mən dəmir filan deyiləm, sadəcə qadınam. “

Çox güman ki, Denis olmasaydı, "dəmir ledi" həqiqətən günü mətbəxdə keçən evdar qadına, “sadəcə” qadına dönəcəkdi.

Thatcher and her husband Dennis don traditional tribal garb on a visit to Kenya in 1988.

1953-cü ildə Tetçer cütlüyünün əkizləri dünyaya gəlir. O, Mark adlı oğlu və Kerrol adlı qızını əri və dayənin üzərinə atıb, yenidən tək ehtirasına- siyasətə qayıdır. İllər sonra Tetçer ailəsinin yaxın dostu xanım baş nazir haqda belə yazacaqdı: ”Marqaret nə qədər uğurlu siyasi xadimdirsə, bir o qədər də uğursuz anadır, özü də bunu çox gözəl anlayır.”

Eyni fikirləri Tetçerin qızı Kerrolun xatirələr kitabında oxumaq olar: ”Bizim ailə ocağımız sevgidən məhrum, büyük dondurucunu xatırladırdı“.

Bəlkə də buna görə, "buz kraliçası"nın 1979-cu ildə qazandığı ilk qələbədən sonra övladları ölkəni tərk edirlər. Mark amerikalı tacir qızı ilə ailə qurub, hələ də anasının sevimli ölkəsi ABŞ-da yaşayır. Qızı Kerrol isə bir müddət Avstraliyadakı qoyun fermalarının birində işə düzəlir. Bir neçə ildən sonra isə jurnalistlik fəaliyyətinə başlayır. Lakin anasının həyatına və siyasi rifahına xələl gətirməmək üçün bir sıra gəlirli təkliflərdən imtina etmək məcburiyyətində qalır. Kerrol hələ də ailə qurmayıb. Deyilənə görə, anasının dəmir xarakteri ona da keçib. Hətta bir dəfə qaradərili idmançını sərt tənqid etdiyi üçün BBC-də yayımlanan verilişdən qovulub. Ona bildirilən iradlara baxmayaraq, irqçi Kerrol üzr istəməkdən boyun qaçırıb.

Маргарет Тэтчер с мужем и взросÐ

Qadın xarakterini göstərəndə ona "ziyankar ifritə" deyirlər, kişi sərtliyini sübut edəndə isə “ yaxşı oğlan” donu geyindirirlər.

Karyerasının ilk illərində “satıcı qızı” ləqəbi Meggiyə əməllicə mane oldu, amma bununla yanaşı məmurlar arasında seçilmək üstünlüyü də qazandırdı.

Meggi hər şeydə birinciliyə can atırdı. Britaniyaya başçılıq edən ilk qadın, seçkilərdə 3 dəfə ən çox səs toplayan baş nazir, 11 ildən çox vəzifədə qalan ilk britaniyalı siyasətçi. Kiminçünsə “millətin anası”, bəzilərinin gözündə “ ifritə Tetçer”... Amma bütün ittihamları kənara qoysaq, Tetçer ən çətin zamanlarda Britaniyanın taleyini həll edən nəhəng siyasətçi idi.

1955-ci ildə Marqaret Mühafizəkarlar Partiyasının namizədi seçilir. 1959-cu ildə isə İcmalar Palatasının üzvü vəzifəsinə yüksələrək qalib olur. Marqaret ilk ictimai nitqində hakimiyyətə üsyan etməklə qalmır, mövcud qanun sistemində islahatlar aparılmasını tələb edir. Çox keçmir ki, “Diş təmizləyən Meggi” Təqaüd Nazirinin müavini seçilir. Partiya uduzduqdan sonra isə tikinti məsələlərinin həlli ilə məşğul olmağa başlayır.

Hər gün məişət və təsərrüfat məsələlərini çözən qadın ölkənin problemlərini də həll etmək iqtidarındadır.

İki il sonra Marqaret yenidən qollarını çırmayıb siyasətin kirli qablarını yumağa qərar verir. Hakim Leyboristlər partiyasının siyasətini tənqid edərək, ölkə iqtisadiyyatının talan qalması ilə bağlı xəbərdarlıq edir. Bununla da kifayətlənməyib parlamentə toplaşan bütün siyasətçiləri şoka salan növbəti mövzuya toxunur. Marqaret abortların leqallaşdırılmasının, boşanma şərtlərinin yumşaldılmasının və vergilərin azaldılmasının səsvermə yolu ilə qəbul olunmasını tələb edir.

Tetçer ABŞ-ın idarəetmə sisteminə heyran idi, hətta bir müddət ABŞ-ın Londonda yerləşən səfirliyində yüksək vəzifədə də çalışmışdı. Elə bu dövrdə gələcək baş nazir dünya siyasi arenasında at oynadan bir sıra nəhəng siyasətçilərlə tanış olmaq imkanı qazanmışdı.

1970-ci ildə Mühafizəkarlar Partiyası yenə sükan arxasına keçir. Ledi Marqaret isə Elm və Təhsil naziri seçilir. Ölkənin büdcəsinə kifayət qədər qənaət edən nazir xanım məktəblərdə uşaqlara pulsuz süd verilməsini qadağan edir. Beləcə xalq arasında mənfi imic qazanır. Xüsusi məktəblərin hamısını bağlatdırır, eyni sistemlə çalışan adi məktəblər yaradır.

Then-Conservative Party Leader Margaret Thatcher chats with a gun-toting four-year-old in 1976.

Elə bu dövrdə Denis xərçəng xəstəliyinə yenilir. Lakin Marqaret yeganə sevgisi siyasəti heç nəyə dəyişmir. Əksinə karyerasına daha çox diqqət ayırmağa başlayır. Öncə Mühafizəkarlar Partiyasının, 1979-cu ildə isə ölkənin başına keçir. Daha bir maraqlı fakt da odur ki, Marqaret hakimiyyətə gəlməzdən 14 gün əvvəldən pəhrizə başlayır. Bu müddət ərzində cəmi 28 ədəd yumurta, bol miqdarda salatla qidalanır. Amma sevimli içkisi viskidən imtina etmir. Nəticədə 9 kiloqrama qədər çəki atır. Razılaşın, ölkənin birinci qadınına çevrilmək üçün, 9 kq nədir ki?!

Bir insan haqda ilk 10 saniyə ərzində gəldiyim qənaət çox nadir hallarda dəyişir.

O, əsas diqqətini xarici siyasətə yönəltmişdi. Ən böyük arzularından biri də SSRİ-ni süquta uğratmaq idi. Bu yolda ən yaxın məslək yoldaşı Mixail Qorbaçov idi. Hələ Qorbaçov baş katib vəzifəsinə təyin olunmazdan öncə Böyük Britaniyaya dəvət olunur. "Dəmir ledi" kral ziyafətinə dəvət etdiyi Qorbaçovu müxtəlif üsullarla öz tərəfinə çəkməyi bacarır. Daha sonralar Rusiya Federasiyasının prezidenti Boris Yeltsinlə də münasibətləri isti saxlamaq üçün bütün yollara əl atdı. Daha bir maraqlı fakt da odur ki, Mixailin dünyaya səs salan “Qorbi” təxəllüsünü də ona Tetçer verib.

Thatcher takes charge of proceedings with Soviet leader Mikhail Gorbachev in 1989.

Böyük Britaniyanın baş naziri vəzifəsi ölkənin daxili və xarici siyasətinə hakim olmaq deməkdir. Marqaret bu vəzifəyə yüksəlməklə ondan öncə və sonra baş nazir olmuş bütün kişilərə əsl hakimiyyətin nə olduğunu sübut etdi. Onun inadkarlığı 3 dəfə ard-arda seçkilərdə qalib gəlib ölkəni idarə etmək şərəfinə nail etdi. Ən uzun müddətli baş nazir Tetçer Birləşmiş Krallığın intibah dövrünün rəmzinə çevrildi.

Nə qədər qəribə səslənsə də, “dəmir ledi” təxəllüsünü Tetçerə sovet jurnalistlərindən biri vermişdi. “Qırmızı ulduz” qəzetinin növbəti saylarından birində Tetçer haqda maraqlı məqalə dərc olunur. Müəllif Yuri Qavrilov öz yazısında SSRİ-yə qarşı sərt münasibətinə görə xanım Tetçerə “dəmir dama” deyə müraciət edir. Məqalə tərcümə edilib ingilis qəzetlərində də dərc olunur. “Dəmir dama” “dəmir ledi” ilə əvəzlənir. Britaniyalılar Tetçerə “tank” təxəllüsü vermişdilər. Ona verilən adlar xanım Marqareti heç də narahat etmirdi. Əksinə “Şəxsi iradlara həmişə sevinirəm. Bu o deməkdir ki, rəqibimin mənə qarşı siyasi arqumenti yoxdur”, - deyirdi.

"Dəmir ledi" onu xarakterizə edən sərt sözləri öz xeyirinə istifadə edərək, bir daha dəmir xarakterini nümayiş etdirirdi. Hətta növbəti seçim kampaniyasına “Britaniyaya "dəmir ledi" lazımdır” lozunqu ilə qatılmışdı. Tetçerdən sonra “dəmir ledi” anlayışı gücünü, ağlını və inadını sübut etməyə çalışan qadınların həyat prinsipinə, o cümlədən bir terminə çevrildi.

“Yorulanadək vəzifəmi icra edəcəyəm. Nə qədər ki, Britaniya xalqı mənə ehtiyac duyur, yorulmağa haqqım yoxdur"

Onun bütün həyatı qadın taleyində dominantlıq edən kişilərə öz qüvvəsini göstərməklə keçib. "Tank ledi" həyatının 30 ilini ölkəyə rəhbərlik etmək yolunda atdığı kiçik addımlara sərf edib. Siyasətin zirvəsinə qalxmaq üçün 3 cəhəti yol yoldaşı olub. Marqaret təmkinini, sərt xarakterini, məqsədə doğru irəliləmək bacarığını heç bir kişiyə əzdirməyib, əzməyib. Ölkəni iqtisadi böhranın odlu ağzından çıxardanda da, müharibələrdə də əzmi ilə digərlərinə örnək oldu. Britaniyanı sanki hər parçası bir bucaqda itmiş pazl kimi yenidən topladı. Bu yolda ona dəstək olanların sayı da azaldı. Çünki "tank ledi" ölkə siyasəti üçün qeyri-ənənəvi üsullardan istifadə edirdi. Amma zaman göstərdi ki, məhz bu islahatlar Britaniyaya yeni can verdi.

Bütün kişilər zəifdir.

Baş nazir Tetçerə qarşı dəfələrlə sui-qəsd gerçəkləşdirilib. Hətta 1984-cü ildə İrlandiyanın ekstremsit ordusu Marqaretin konfrans keçirdiyi oteldə bomba partladır. Süi-qəsd nəticəsində 5 nəfər dünyasını dəyişir. Tetçerin şansı gətirir və sağ qalır. Hətta ertəsi gün konfransın yekun iclasını da davam etdirir. Cəsur ledi bununla hər kəsin ürəyinə yol tapır. Odur ki, 1990-cı ildə vəzifədən gedən "Tetçer erası" britaniyalıların ən parlaq xatirəsidir.

Ölkəyə göstərdiyi xidmətlərinə görə “satıcı qızı” müxtəlif orden və medallara layiq görülmüşdü. Onlardan ən dəyərlisi isə II Yelizavetta tərəfindən verilən baronessa titulu idi. Belə ki, 1992-ci ildə dəmir ledi Lordlar Palatasına üzv seçilir. Bu münasibətlə həyat yoldaşı baron, özü isə baronessa tituluna layiq görülürlər. Krallıq Tetçer cütlüyünü şəxsi gerblə də mükafatlandırır.

Картинки по запросу meril strip tetcher

Bu günədək "dəmir ledi" haqda bir neçə ekran əsəri ərsəyə gətirilib. Zənnimcə, onların ən uğurlusu Meril Stripin baş rolu canlandırdığı “Dəmir Ledi” filmidir. Xatırladım ki, Strip bu obrazına görə Oskar mükafatına layiq görülüb.

Bir fikrin ucadan səsləndirilməsi üçün kişiyə, bir işin icra olunması üçün qadına müraciət edin.

Madam ki, kraliçadan danışdıq, gəlin, görək iki dəmir bir qazanda əriyə bilərmi? Bu iki qüdrətli qadının qarşılıqlı münasibəti daim dünya mediasının diqqət mərkəzində idi. 1986-cı ildə “Sunday Times” qəzeti ölkənin iki ən güclü qadını arasındakı qarşıdurmadan yazırdı. Məqaləyə cavab olaraq krallığın aidiyyatı nümayəndəsi bu faktı inkar edir. Tetçer vəzifəsindən azad olunandan sonra isə II Yelizaveta onların arasındakı münaqişəni ağılsız iddia adlandırır. Marqaret isə öz növbəsində Kraliçanın hakimiyyətə olan münasibətini doğru adlandırır, amma əlavə edirdi ki, onların arasındakı münasibətlər yayılan şayiələrlə düz mütənasib idi.

Prime Minister Thatcher chats with Queen Elizabeth II at the commonwealth conference in 1979.

2003-cü ildə Marqaretin əziz dostu, həyat yoldaşı Denis dünyasını dəyişir. Bir ildən sonra isə Tetçer sağlamlığındakı problemlərə rəğmən Ronald Reyqanın dəfn mərasimində iştirak edir.

2005-ci ildə baronessa öz 80 illik yubileyini qeyd edir. Onun doğum gününə təşrif buyuranlar arasında kral ailəsi, Toni Bleyr kimi simalar da vardı.

2007-ci ildə Britaniya Parlamentinin binasında xanım Tetçerin heykəli ucaldılır. "Dəmir qadın" bununla da tarixdə növbəti ilkini möhürləyir. Belə ki, o ölkə tarixində sağ ikən heykəli qoyulan ilk baş nazir olur. Həmçinin bürünc heykəl Marqaretin kumiri Uinston Çörçlin heykəlinin qarşısında durur. Öz heykəlini Palatanın önündə görüb qürurlanan Tetçer bildirir ki, dəmir material istifadə olunsaydı, daha çox yerinə düşərdi, amma bürünc də pis deyil.

2002-ci ildə Marqaret bir neçə mikroinsult keçirdir. Müəyyən müddət xəstəxanada həkimlərin nəzarəti altında qalandan sonra ona ictimai tədbirlərdən imtina etmək tapşırılır. 2008-ci ildə Palatada baş tutan ziyafətdə özündən gedir. 2009-cu ildə isə “pambıq” ledinin qolu çıxır.

Həmsöhbətinlə razılığa gəlmək üçün eyni dildə danışmağın vacib deyil.

Tetçerin dil tapa bilmədiyi yeganə həmsöhbəti ovuclarından süzülən zaman idi. Təqaüdə yollanan "tank ledi" geri qalan ömrünü sakit başa vurmağı düşünmürdü. Tetçer bir neçə memuar yazaraq özünü yazıçı kimi də sınayır, mövcud siyası vəziyyəti tənqid edirdi.

Marqaretin ömür boyu bir arzusu vardı: hakimiyyətin qoxusunu ovuclarında duymaq... Amma dəmir ledi unudurdu, bu dünyanın bir hakimi var, o da ana təbətdir. Uzun illər milyonların önündə təsirli nitq söyləyən, atdığı hər addımı məntiq tərəzisində ölçən, dünya kişilərini öz qüdrəti qarşısında baş əyməyə vadar edən Marqatret Tetçer həyatının son illərində demensiya xəstəliyinə tutulur. Bu xəstəlik şüurün zəifləməsi, ömür boyu zərrə-zərrə qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin itirilməsi ilə müşayiət olunur.

2010-cu ildə Britaniyanın baş naziri Devid Kemeron ledi Marqaretin 85 illik yubileyinin şərəfinə ziyafət təşkil etmək istəyir. Lakin Tetçer qrip olduğunu bəhanə edib, öz doğum gününə qatılmır. 2011-ci ildə Şahzadə Çarli ilə Keyt Middltonun toyuna dəvət alsa da, xəstəliyi ucbatından iştirak edə bilmir. Bir ildən sonra sidik kisəsindəki şiş əməliyyat yolu ilə götürülür. 2013-cü ilin 8 aprel tarixində keçirdiyi insult səbəbi ilə dəmir ledi torpağa qarışır. Tetçer dünyasını dəyişəndə 88 yaşı vardı. Maraqlıdır ki, baronessa ölümündən 6 il öncədən dəfn mərasiminə hazırlıq görməyə başlamışdı. II Yelizaveta ilə daimi münaqişələri medianın nəzərindən qaçmasa da, dəmir ledi kraliçaya olan heyranlığını gizlətmirdi. Ona görə də kraliçanın onun dəfnində iştirak etməsini çox arzulayırdı. Kraliçanın qatıldığı bütün tədbirlər öncədən planaşdırıldığı üçün təşkilatçılar bunu da nəzərə almışdılar. Tetçerin məzarında sevimli bəstəkarı Edvard Elqarın əsərləri ifa olunur. Onu öz istəyi ilə həyat yoldaşı Denis Tetçerin yanında dəfn edirlər.

Tetçeri sevməyənlərin sayı sevənlərdən çox idi desəm, bəlkə də yanılaram, amma siyasətin də öz acı həqiqətləri var... Tetçerizmin qatı düşmənləri "dəmir ledi"nin ölümünü bayram edir “Ding Dong! The Wicth is Dead” (Dinq Donq! İfritə öldü”) mahnısını oxuyub şəhər boyu bayram edirdilər. Gülməlisi odur ki, həmin mahnı 2013-cü ildə Britaniyanın musiqi hit paradlarına liderlik etdi.

By 1986, Thatcher looked pretty comfortable riding in the turret of a tank.

Mənim üçün fərqi yoxdur, istər adın Marqaret olsun, istər Anna, istərsə də Fatmanın özü... Əziz qadın, sən çox güclüsən. Sənin də ruhun dəmirdəndir. Yeri gələndə pambıq duyğuların sərt qayaya çevrilə bilər, unutma! Həyatına hakim ol! Nə qədər ki, nəfəsin günəşi isidir, tale adlı dünyanı özün idarə et!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm