Xüsusi
Malik Ayyub Sumbal: İkinci Qarabağ müharibəsini... - MÜSAHİBƏ
44 günlük haqq savaşı xalqımızın yenilməzlik salnaməsi kimi tarixə yazıldı. Bu müddətdə xalqımızın dostunu, düşmənini tanımaq imkanı da yarandı. Azərbaycan- Ermənistan arasındakı münaqişəni qərəzsiz şərh edən, savaşın əsl üzünü dünyaya göstərməyə çalışan dostlarımızdan biri də tanınmış siyasi şərhçi, jurnalist Malik Ayyub Sumbaldır. Sumbalın qələmə aldığı "Tovuzdan Qarabağa" kitabı bu baxımdan böyük əhəmiyyətə malikdir.
- Cənab Sumbal, fəaliyyətinizlə yaxından tanışam. Sizi həm də sənədli film rejissoru kimi də tanıyıram.
- Doğrudur. Bir neçə sənədli filmin müəllifiyəm. "Sonuncu zərbə" adlı ekran işimdə poliomielit xəstəliyindən əziyyət çəkən uşaqların acı taleyindən bəhs olunur. Bu filmin taleyimdə xüsusi yeri var. Çünki Pakistanda poliomieliti müalicə edən səhiyyə işçilərinə qarşı qəddar hücumlar baş verən müddətdə ərsəyə gətirmişəm.
- Bir jurnalistin fəaliyyət göstərə biləcəyi bütün sahələrdə gücünüzü sınayırsınız. Xüsusi qeyd edim ki, cəhdləriniz böyük uğurla nəticələnir.
- Təşəkkür edirəm. 20 ildən çoxdur ki, jurnalistika sahəsində çalışıram. Bir çox beynəlxalq mükafatlara layiq görülmüşəm, müxtəlif ölkələrin nüfuzlu mətbuat orqanları ilə əməkdaşlıq edirəm. Fərqli ölkələrin televiziya kanallarında redaksiya siyasəti və media etikası mövzusunda məsləhətçi kimi də çalışıram. Bundan başqa yazılı media ilə də əməkdaşlıq edirəm. Beynəlxalq siyasət mövzusunda köşə yazılarım da məşhurdur. Sırf bu şərhlərim sayəsində müxtəlif ölkələrin televiziya kanallarında mütəmadi qonaq qismində dəvətlər alıram.
- Azərbaycanla bağlı fəaliyyətiniz də çoxşaxəlidir.
- Təbii ki, Azərbaycan maraq dairəmdə olan ölkələr sırasındadır. Ölkənizə dəfələrlə səfər etmişəm, bir çox bölgələrini gəzmişəm. Elə kitabımı da səfərlərimin birində yazmağa qərar verdim. Çünki Azərbaycanın mədəniyyətinə, siyasi sisteminə, bütövlükdə xalqına xarakteristika verib, baş verənləri müşahidə etmək imkanım yarandı. Paralel olaraq ölkənizdə fəaliyyət göstərən Avrasiya Media Şəbəkəsinin yaradıcısıyam. Düşünürəm ki, bu qurum karyeram boyu əldə etdiyim böyük nailiyyətlərdən biridir. Onu da deyim ki, Azərbaycanla əməkdaşlığım bununla hüdudlanmır. Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin də qurucusuyam. Bu mərkəz Qafqaz regionu üzrə ixtisaslaşıb.
- "Tovuzdan Qarabağa" kitabınızın əsas mövzusu haqda danışmağınızı istərdim.
- Ümumiyyətlə, bu kitabı yazmaqda əsas məqsədim İkinci Qarabağ müharibəsini qərəzsiz şərh etməkdir. Həmçinin Azərbaycan və Ermənistanı müharibəyə təhrik edən başlıca faktorlara diqqət çəkmək istəmişəm. Bilirik ki, 12 iyul 2020-ci ildə 30 illik gərginlik daha da şiddətləndi. Tovuz hadisələri Ermənistanın Qarabağ işğalına son qoyulması yolunda ilk addım kimi tarixə düşdü. Ermənistanın baş naziri Nikol Paşinyan xalqının güvənini tam itirməsinə baxmayaraq, hələ də hakimiyyəti əldə saxlamağa can atır. Kitabda həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, ehtimal olunan risk və təhlükələr də şərh edilir. Cənubi Qafqazda sülhün təminatına etinasız yanaşan beynəlxalq təşkilatların fəaliyyətini şərh etmişəm. "Tovuzdan Qarabağa" həmçinin Azərbaycan xalqının 30 il gözlədiyi ədalətin triumfunun xronologiyasıdır. Tarixi qələbə münasibətilə xalqınızı təbrik edirəm.
Leyla Sarabi
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO