Geri dönməyəcəklərini bildikləri üçün əsl barbarlıq ediblər - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Geri dönməyəcəklərini bildikləri üçün əsl barbarlıq ediblər - MÜSAHİBƏ

Azərbaycanın dostları arasında ingilis jurnalist və ictimai xadim Neil Vatson da var. Nil fəaliyyəti boyu ölkəmizi sevən, təbliğ edən, Azərbaycan həqiqətlərini dünyaya qərəzsiz çatdıran əcnəbilər sırasındadır.

Vətənimizi özünün ikinci evi hesab edən tanınmış jurnalist bu dəfə Qafqazın Xirosiması hesab olunan Ağdama səfər edib.

Neil Vatson təəssüratlarını Publika.az">Publika.az-la bölüşür.

- Cənab Neil, əminik ki, oxucularımızın əksəriyyəti sizi yaxşı tanıyır. Bəs, tanımayanlara sizi necə təqdim edək?

- Jurnalistəm. 2009-cu ildən bəri mütəmadi olaraq Azərbaycana səfər edirəm. Artıq səfərlərimin sayını unutmuşam. Əsasən biznes və siyasətlə bağlı məqalələr yazıram. İşğal dövründə yazılarımın əsas mövzusu Azərbaycanın işğal olunmuş əraziləri idi. Həmçinin ölkələrimiz arasındakı iqtisadi-siyasi münasibətlərə də çox toxunmuşam. Bu mövzularla bağlı bir sıra beynəlxalq konfranslarda, tədbirlərdə çıxışlarım olub. Evindən, doğma şəhərindən didərgin düşən 1 milyon insanın acınacaqlı taleyini, Qarabağın dağıdılıb məhv edilən tarixi abidələrini həmişə təbliğ etmişəm. Hətta Londonda erməni səfirliyinin, Avropa Parlamentinin önündə də etiraz aksiyalarım olub.

- Bu fəaliyyətinizdən kifayət qədər məlumatlıyıq. Təbliğiniz üçün də təşəkkür edirik. Vətəniniz London haqda da danışmağınızı istərdik.

- London rokun, cazın, klassik musiqinin vətənidir. Müxtəlif mövzulu qalereyalar çoxdur. Muzeylərimiz, yamyaşıl parklarımız var. Əminəm ki, bura gələn darıxmaz. Ümumiyyətlə ölkəmizin müxtəlif dinlərə, dillərə qapıları açıqdır. Məsələn, mənim hər günüm hansısa ölkənin səfirliyin tədbirlərində keçir. Londondakı həyatım mədəniyyət və siyasətin vəhdətindən ibarətdir.

src="/storage/files/upload/b7785881908c16c9d74725bcfb1c2b5d4ec19b1e.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Cənab Neil, bu dəfəki səfəriniz yəqin yaddaşınıza daha kədərli xatirələrlə həkk olunacaq. Axı Ağdama səfər etdiniz.

- Bəli, Ağdama Hirosima deyirlər. Səfərimdən sonra bir daha əmin oldum ki, bu bənzətmə heç də təsadüfi deyil. İşğal dövründə şəhər nəinki yerlə yeksan edilib, üstəlik, minalanıb. Deməli, işğalçılar şəhəri tərk edəndən sonra da onu rahat buraxmayıblar. Bütün mədəniyyətə ziyan vurublar. Geri dönməyəcəklərini bildikləri üçün barbarlıq siyasətlərini maksimal həddə çatdırıblar. Şəhərin tarixinə nəzər salanda görürük ki, erməni işğalından öncə mədəni və iqtisadi infrastrukturu zəngin olub. Ağdamı öz gözümlə gördükdən sonra bir daha əmin oldum ki, güclü olub, şəhəri yenidən bərpa etmək mütləqdir. Düzdür, bu, az vaxt aparmayacaq. 1993-cü ildən yurdunu tərk edən ailələr, insanlar geri dönmək üçün bir müddət də səbr edib gözləməli olacaqlar. Amma xalqınızın tarixi qələbəsi artıq ilk addım deməkdir. Bu baxımdan inanıram ki, tarixi şəhərinizə əvvəlki gözəl görkəmini qaytara biləcəksiniz. Oradan minaların izini silib, gözəl parklar salacaqsınız. Əlbəttə, şəhərin indiki görkəmi insanı qəhərləndirir. Lakin mən xalqınızın gücünə inanıram.

src="/storage/files/upload/9ea8db52a47415b18ae1094c67370998ed136907.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Azərbaycandakı dostlarınıza, həmvətənlərinizə mesajınız varmı?

- 30 ildən çoxdur Azərbaycanla sıx əlaqəm var. Hər dəfə qonaqpərvərliyinizə, mehribanlığınıza bir daha aşiq oluram. Hər kəs məni evinə dəvət edir, gözəl süfrələr açılır. Azərbaycan Qafqazın sülhsevər ölkəsidir. Nəinki öz ərazisini işaldan təmizlədi, qarşı tərəflə də sülh danışıqları aparıb bölgədə əmin-amanlığı bərpa etməyə nail olur. Arzulayıram ki, tezliklə məcburi köçkünlər də öz evlərinə qayıdıb, Qarabağda həyatı canlandırsınlar.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm