Ekopublika.az
Dollar bahalaşmağa başladı
Bir neçə dəqiqə əvvəl açıqlanan ABŞ-da işsizlik göstəriciləri Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında uçot dərəcəsini artıracağını göstərir. "Report" xəbər verir ki, qeyri-kənd təsərrüfatı sektorunda 180 min yeni iş yerinin açılması gözlənildiyi halda, faktiki olaraq 271 min iş yerlərinin açıldığı müəyyənləşib. Bu rəqəmlə bərabər işsizlik ABŞ-da 5,1%-dən 5,0%-ə geriləyib.
Qeyd edək ki, "Report"un bir qədər öncə verdiyi proqnozlara paralel olaraq dollar güclənib və 1,0880 USD/EUR səviyyəsindən 1,4% azalaraq hazırda 1,0730 USD/EUR-a kimi geriləyib. Bununla bərabər, daha öncə verilən proqnozlara uyğun olaraq, qızılın qiyməti 1 108 dollar/unsiyadan 1,5% azalaraq 1 090 dollar/unsiyaya enib.
"Report"un analitikləri hesab edirlər ki, bu azalmanın gələn həftə davam etməsi gözlənilir. Dollar/avro məzənnəsinin ilin sonuna qədər 1,04 USD/EUR, qızılın qiymətinin isə 1 000 dollar/unsiya səviyyəsinə qədər enəcəyi proqnozlaşdırılır.
Azərbaycanın valyuta bazarında isə ABŞ dollarının 1,0520 AZN/USD, avronun isə 1,10 AZN/EUR həddinə yaxınlaşacağı ehtimal olunur.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO