Artıq çəkinin gətirdiyi ölüm: Türkiyənin ən varlı şəxsi - MİLYONÇU
Bizi izləyin

Milyonçu

Artıq çəkinin gətirdiyi ölüm: Türkiyənin ən varlı şəxsi - MİLYONÇU

O Türkiyənin ən varlı ailəsinin üzvlərindən biri idi. “Şirkətlərimizdə gəlinlərə və kürəkənlərə yer yoxdur” ifadəsi ilə məşhurdur. Qardaş dövlətin iqtisadiyyatında elə layihə yoxdur ki, onun və ailəsinin adı ilə bağlı olmasın. Söhbət bir neçə gün əvvəl idman edərkən dünyasını dəyişən Mustafa Koçdan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində “Koç Holding” İdarə Heyətinin sabiq sədri Mustafa Koçu təqdim edir.

Rahmi Koçun oğlu

Mustafa Koç 1960-cı ildə Ankarada anadan olub. Atası məşhur iş adamı Rahmi Koç, anası Ciğdəm Simavidir. Ömər Mehmet Koç və Əli Yıldırım Koç adlı qardaşları var.1980-ci ildə İsveçrədə Lyceum Alpinum Zuoz məktəbini bitirdikdən sonra ABŞ-ın George Vaşinqton Universitetinin idarəetmə fakültəsinə daxil olub. İlk işinə 1984-cü ildə “Tofaş”da müşavir kimi başlayıb. 1992-ci ildə “Koç Holdinq”ə

keçib. Əvvəlcə müdir köməkçisi, sonra müdir, idarə heyətinin üzvü, idarə heyətinin rəhbərinin vəkili vəzifələrini icra edib. 2003-ildən isə “Koç Holdinq”in İdarə Heyətinin rəhbəri vəzifəsini icra edirdi. Holdinqin rəhbəri olduğu günü belə xatırlayırdı: “Əslində Rahmi bəy təyinatdan 6 ay əvvəl mənə belə bir şey düşündüyünü demişdi. Mənim də şərtim bu idi ki, o da 2 il şirkətdən çıxmasın”. Belə də olur. Mustafa Koç uzun illər atası ilə çiyin-çiyinə işləyir. Ən əsası bir sıra qərarların verilməsində onun məsləhətini alır.

Ailəsi

Koç ailəsi türk mediasının dilində “saqqıza çevrilsə” də, onların gündəlik, özəl həyatları cəmiyyət üçün qapalıdır. Mustafa Koç haqqında o bəllidir ki, 1992-ci ildə Karolina Giraudla evlənib. Evləndiyi zaman gəlinin 21 yaşı varmış. Mustafa və Karolin həmin vaxt artıq 2 il imiş ki sevgiliylərmiş.

Karolina İzmirin ən köklü, varlı ailələrindən birinin qızıdır. Ulu babaları Fransadan İzmirə köçüb. Ən əsası isə budur ki, Giraudlar Fransada yaşadığı illərdə dövlət qulluğunda işləyirlərmiş. İzmirə yerləşdikdən sonra qısa müddət quru meyvə ticarəti ilə məşğul olublar. 1700-ci ildə pambıq, yun, iplik işinə girişiblər. Beləliklə “İzmir Pamuk Mensucat A.Ş.‟ yaranıb. Karolina Mustafa Koçla 21 yaşında tanış olub. İlk baxışdan Koça vurulub və cütlük evlənib. İlk illərdə övladları olmadığından, qayınatası ona darıxmaması üçün kişi geyim mağazasını - “Edwards”ı açıb: "Qızım Əsra doğulana qədər mağazada işlədim. Sadəcə ilk uşaq daha çox diqqət tələb etdiyindən işi buraxdım. Lakin 4 il çox əhəmiyyətli təcrübə oldu”.

Karolina ikinci qızı Aylının doğulduğu illərdə uşaqlarla bağlı oyun sahələri yaradan “Play Barn” layihəsini reallaşdırıb. İşi çox sevən biri olduğundan yaradıcı və məhsuldar olmadığı dövrlərdə özünü rahat və xoşbəxt hiss etmirmiş. Onun son proyekti “Haremlique” tekstil markasıdır.

İki dil

İngilis və alman dillərində danışan Mustafa Koç “Fənərbaxça” İdman Klubunun konqres üzvü olub. Eləcə də İstanbul Qolf Klubunun üzv imiş. İş adamı təsbeh həvəskarı idi. Hətta onun kolleksiyası belə var. Bundan əlavə o, dənizi çox sevirdi. Bu haqda belə deyirdi: “Boğazda böyümüşəm”. Qeyd edək ki, iş adamı tez-tez yaxtası, gəmisi ilə gəzməyə çıxırdı. Onun hətta yarış gəmisi də var. Bu gəmiyə sevgili olduğu dövrdə həyat yoldaşını çağırdığı adı - “Papi” adını verib: “Həyat yoldaşımla tanış olduğumuz zaman Karolinanın 21 yaşı var idi. Mən ona puppy (papi) deyirdim. Sonradan o adı gəmimə verdim”.

Qeyd edək ki, Mustafa Koç həmin gəmini internet vasitəsilə alıb.

Osmanlı paşasının evində

Mustafa Koç Osmanlı hökmdarı Abdulhəmidin zabitlərindən olan Nuru Paşanın 1895-ci ildə inşa etdirdiyi “Nuru Paşa Yalısı”nda yaşayıb. Qeyd edək ki, villada uzun müddət atası Rəhmi Koç yaşayıb. Yalının bazar dəyəri 80 milyon dollardır.

Koçlar kimdir?

Qeyd edək ki, Koç ailəsinin sərvətinin banisi Vehbi Koçdur. Ahmet Vehbi Koç 1901-ci ildə Ankaranın Çoraklı səmtində bağ evində dünyaya gəlib. Türkiyənin iqtisadi və siyasi həyatında əhəmiyyətli rol oynayan bu şəxsin doğulduğu gün bəlli deyil. Sadəcə, anasının “üzümlər salxımlayanda dünyaya gəlmisən” ifadəsini əsas götürərək, sonradan uşaqları ilə birlikdə 20 iyulu doğum günü kimi rəsmiləşdirib. 1938-ci ildə sərmayəsi 300 min lirə olan “Koç Ticarət Anonim Şirkəti”ni qurur. Müəssisələşmə istiqamətində əhəmiyyətli addımlar atır. 1944-cü ildə ilk avtomobil ticarət şirkəti olan “Mühərrik Ticarəti” yaradan Vehbi Koç Nyu-Yorkda “Ram Commercial Corporation” adında daha bir şirkət qurur. Şirkətin profili Amerikaya ticarətə gələn rəsmi nümayəndə heyətinə mal satmaq, məsləhət vermək olur. Lakin ümid edilən nəticə alınmadığından, 1954-cü ildə “Ram Commercial Corporation” bağlanır. 1946-cı ildə ilk Amerika səyahətinə çıxan Vehbi Koç iş adamlarının zamandan necə istifadə etdiklərini görür. 1948-ci ildə “General Electric”lə ortaq olaraq, ilk lampa fabrikini qurur. 1947-ci ildə “Ankara Oksigen Şirkəti”ni təsis edərək sırf öz sərmayəsiylə girişdiyi ilk sənaye təşəbbüsünü reallaşdırır. 1960-cı illərdə beynəlxalq şirkətlərlə ortaqlıq və əməkdaşlığa start verir. Müxtəlif sənaye müəssisələri yaradır. İlk avtomobil, ilk traktor, ilk soyuducu, ilk paltaryuyan maşın, ilk balonlu LPG kimi bir çox məhsul onun müəssisələri tərəfindən istehsal olunmağa başlayır. Bu dövrdə “Fiat”la da tərəfdaşlıq qurur. 1963-cü ildə “Koç Holdinq A.Ş” təsis edilir. Vehbi Koç bu holdinqin idarə heyətinin sədri olur. İş həyatında kifayət qədər dinamik qərarlar verən Koç 1970-ci illərdə holdinqin tərkibinə yeni şirkətlər qatır. 1974-cü ildə “Migros” qida mağazaları şəbəkəsi “Koç Holdinq”ə daxil edilir. Holdinq fəaliyyət istiqamətini ixracata yönəldərək, xarici ticarət şirkətləri yaradır. 1986-cı ildə “American Express Company” ilə ortaq olan Vehbi “Koç-Amerikan Bankı”nı yaradır. Beləliklə, bank sektoruna da “ayaq basır”. 1992-ci ildə bankın bütün səhmlərini satın alır. “Koç-Amerikan Bankı”nın adını dəyişdirib “Koçbank” edir. Amma bu, hamısı deyil. O, Türkiyənin ən böyük sənaye quruluşu “Tüpraş”ı və türk bank sektorunun nəhəngi “Yapı Kredi Bank”ı da şirkətinin tərkibinə qatır. Bir sözlə, Vehbi Koç 76 illik karyerası dövründə 108-dən çox şirkəti “Koç Holdinq”də birləşdirir. Qida, pərakəndə, maliyyə, enerji, avtomobil, turizm və texnologiya kimi fərqli sektorları kurasiya edən iş adamına çevrilir. Dünyanın 200 ən böyük şirkətindən birinin sahibi olmağı bacarır”.

Varidat

Koçlar hazırda Türkiyə iqtisadiyyatının bütün sektorlarında şirkətlərə sahibdirlər. Onlar aşağıdakılardır:

Dayanıqlı İstehlak Qrupu

Arçelik A.Ş.

Arçelik LG Klima San. Tic. A.Ş.

Beko Cesko S.R.O.

Beko Deutschland GMBH

Beko Electrical Appliances Co. Ltd.

Beko Electronics Espana S.L.

Beko France S.A

Beko Italy S.r.l.

Beko LLC

Beko P.L.C

Beko S.A.

Beko Shanghai Trading Co.

Beko Slovakia S.R.O.

Elektra Bregenz A.G

Grundig Multimedia B.V.

S.C. Arctic S.A.

Enerji Qrupu

AES Entek Elektrik Üretimi A.Ş.

Akpa A.Ş.

Aygaz A.Ş

Aygaz Doğal Gaz Toptan Satış A.Ş.

Demir Export A.Ş.

Ditaş Deniz İşletmeciliği ve Tankerciliği A.Ş.

Opet Fuchs Madeni Yağ A.Ş.

Opet International London Ltd.

Opet Petrolcülük A.Ş.

Opet Trade Singapore Pte. Ltd.

THY Opet Havacılık Yakıtları A.Ş.

TÜPRAŞ-Türkiye Petrol Rafinerileri A.Ş.

Maliyyə Qrupu

Koç Finansman A.Ş.

Yapı ve Kredi Bankası A.Ş.

Yapı Kredi B Tipi Yatırım Ortaklığı A.Ş.

Yapı Kredi Bank Azerbaycan

Yapı Kredi Bank Moskow

Yapı Kredi Bank Nederland N.V.

Yapı Kredi Faktoring A.Ş.

Yapı Kredi Finansal Kiralama A.O.

Yapı Kredi Kültür ve Sanat Yayıncılık Tic.ve San.A.Ş.

Yapı Kredi Portföy Yönetimi A.Ş.

Yapı Kredi Yatırım Menkul Değerler A.Ş.

Yapı Kredi-Koray Gayrimenkul Yatırım Ortaklığı A.Ş.

Avtomobil Qrupu

Ford Otosan Otomotiv San. A.Ş.

Koç Fiat Kredi Finansman A.Ş.

Otokar Otomotiv ve Savunma Sanayi A.Ş.

Otokoç Otomotiv Tic. ve San. A.Ş.

Otokoç Sigorta Aracılık Hizmetleri A.Ş.

Tofaş Türk Otomobil Fabrikası A.Ş.

Türk Traktör ve Ziraat Makinaları A.Ş.

Digər sektorlardakı şirkətlər

Ark İnşaat A.Ş.

Bilkom A.Ş.

Divan Turizm İşletmeleri A.Ş.

Düzey A.Ş.

Harranova Besi ve Tarım Ürünleri A.Ş.

Inventram A.Ş.

Koç Bilgi ve Savunma Teknolojileri A.Ş.

KoçSistem Bilgi ve İletişim Hizm. A.Ş.

Koçtaş Yapı Malzemeleri A.Ş.

RAM Dış Ticaret A.Ş.

RMK Marine Gemi Yapım San. Deniz Taş. İşl. A.Ş.

Setair Hava Taşımacılığı ve Hizm. A.Ş.

Setur Marinaları Marina ve Yat İşletmeciliği

Setur Servis Turistik A.Ş.

Tanı Pazarlama ve İletişim Hizmetleri A.Ş.

Tat Gıda Sanayi A.Ş.

Zer Merkezi Hizmetler A.Ş.

Koç qrupunun beynəlxalq ortaqlıqları

LG Electronics (Güney Kore)

Ford Motor Co. (A.B.D.)

UniCredit Group (İtalya)

B&Q (İngiltere)

CNH Global NV (İtalya)

Fiat Auto SPA (İtalya)

Fuchs Petrolub AG (Almanya)

AES

Onu da bildirək ki, 2012-ci ildə şirkətlərin gəlirlərinin ümumi həcmi 84,833 milyard TL olub. Hazırda şirkətlər Rahmi Koç, Təməl Atay, Ömər M.Koç, Semahat Arsel, İnan Quraq, Ali Koç tərəfindən idarə edilir. “Forbes”in 2015-ci il üzrə hesabatında Mustafa Koç Türkiyənin ən varlı adamı kimi 2,5 milyard dollarlıq sərvətlə siyahıya rəhbərlik edirdi. O dünya zənginlərinin siyahısında 737-ci sırada idi.

Başa bəla olan artıq çəki

Mustafa Koç artıq çəkidən əziyyət çəkirdi. Ötən il əməliyyat etdirərək mədəsini kiçiltmişdi. Bununla da artıq çəkidən xilas olmuşdu. Bundan sonra hər gün idman edərək sağlamlığına diqqət edirdi. Belə məşqlərin birində - yanvarın 21-də səhər saatlarında o, ürək tutmasından vəfat edir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm