ABŞ
Çin və Rusiyaya kosmosdan zərbələr endiriləcək – Trampdan ŞOK TƏLİMAT
"ABŞ-ın vitse-prezidenti Mayk Pens ehtimal ki, kosmik zərbə sistemlərinin hazırlanmasını nəzərdə tutur".
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Siolkovski adına Rusiya Kosmonavtika Akademiyasının akademiki Aleksandr Jeleznyakov bildirib.
“Söhbət ehtimal ki, rəqibin peyklərini məhv etməyə, həmçinin Yer kürəsindəki hədəfləri vurmağa qadir olan zərbə kosmik sistemlərinin hazırlanmasından gedir. Əgər Mayk Pens məhz belə sistemləri nəzərdə tutursa, onda bu çox təhlükəli addımdır, çünki kosmik orbitdə analoji obyektlərin yaradılması şəklində Rusiya və Çinin reaksiyanı doğuracaq”, - Jeleznyakov deyib.
Onun sözlərinə görə, BMT-də çoxdan kosmosun hərbiləşdirilməsinin qarşısının alınması üçün mübarizə aparılır, amma bu sahədə beynəlxalq müqavilələrdə əhəmiyyətli boşluqlar var.
Xatırladaq ki, Pens bazar ertəsi bildirib ki, ABŞ Rusiya və Çin üzərində kosmosda hərbi hökmranlığa nail olacaq. O qeyd edib ki, prezident Donald Tramp anti-peyk silahının hazırlanması üçün kosmik sistemlərin möhkəmləndirilməsi barədə göstəriş verib.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR