Orxan Pamuk: “Ölkəm və dostlarım üçün narahatam”
Bizi izləyin

Art

Orxan Pamuk: “Ölkəm və dostlarım üçün narahatam”

Nobel mükafatlı türk yazar Orxan Pamuk Hollandiyada yayımlanan kanallardan birinə qonaq olub.

Publika.az xəbər verir ki, “Nieuwsuur” adlı proqrama müsahibə verən yazar Türkiyədəki siyasi vəziyyətdən də danışıb. Orxan Pamuk Türkiyədə mediaya edilən təzyiqin narahatlıq doğuracaq dərəcədə olduğunu vurğulayıb: “Son illərdə islamçı hakimiyyətimiz liberal simasını itirib. Hakimiyyəti tənqid edənlər işdən çıxarılır, təhdid edilir, iş yerləri bağlanır. Özüm üçün qorxmuram, ölkəm, dostlarım üçün narahatam. Mədəni, dünyəvi türklər üçün narahatam”.

Yazar avropalı liderlərin insan hüquqları və media azadlığı mövzusunda Türkiyəyə daha çox təzyiq etməli olduqlarını bildirib.

Pamuk Avropa Birliyi ölkələrinin suriyalı qaçqın probleminə yanaşma tərzini də tənqid edib. Yazar Türkiyənin bu mövzudakı mövqeyini isə qənaətbəxş hesab edib: “Bu nöqtədə hökuməti günahlandıra bilmərəm. Türkiyənin yanaşması hər cür tərifə layiqidir”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm