Art
Əməliyyat olunan aktyordan xəbər var
Akademik Milli Dram Teatrının əməkdaşı, əməkdar artist Tofiq Hüseynov Milli Onkologiya Mərkəzində əməliyyat olunub.
Teatrın mətbuat katibi Cavid Zeynallının verdiyi məlumata görə, T.Hüseynovun vəziyyəti hazırda qənaətbəxşdir: “Tofiq Hüseynovun səhhətində qorxulu hal yoxdur, əməliyyat uğurla keçib. Hazırda Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində həkim nəzarəti altındadır. Əməkdar artist sabah palataya köçürüləcək. Tofiq Hüseynovun səhhəti Akademik Milli Dram Teatrının rəhbərliyinin diqqətində və nəzarətindədir. Teatrın rəhbərliyi və kollektivi adından Tofiq Hüseynova can sağlığı, yeni-yeni uğurlu obrazlar yaratmağı arzu edirik”.
Hüseynov Tofiq Əbdülrəhim oğlu 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb. Onlardan Komiyonçu («Kəllə», N.Hikmət), Knyaz Orbeliani («Brüsseldən məktublar»H.Həsənov), Oqtay («Rəqabət» B.Vahabzadə), Hacı Kərim («Ölülər», C.Məmmədquluzadə), Rüstəm xan ( “Eloğlu”, A.Şaiq), Qala rəisi ( “Xurşidbanu Natəvan”, İ.Əfəndiyev ), Bekar Ağabala ( “Dirilən adam”, Mir Cəlal), Katib (“Ölüləri qəbiristanlıqda basdırın”, İ.Şıxlı) , (“Dəlilər və ağıllılar”, İ.Əfəndiyev) Ağamusa Fərəcov, Əcəl ( “Alın yazısı”, T.Minnullin) obrazlarını nümunə göstərmək olar. Aktyor «Meteranpaj» (Kamayev), «3-mollanın sərgüzəşti» (Mola Vəli), «Şkafda adam» (Ər), Mola Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında və «Marş» (Komandir), «Dəvətnamə» (Briqadir), «O dünyadan salamlar» (Əli bəy), «Bahar ərəfəsində » (Direktor) filmlərinə çəkilib. T.Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adını alıb.
Cəvahir
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan