Azərbaycanlı aktrisa Rusiyaya dəvət aldı
Bizi izləyin

Art

Azərbaycanlı aktrisa Rusiyaya dəvət aldı

Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-nın Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbi iyunun 1-dən-28-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutacaq.

Publika.az xəbər verir ki, hər il dünyanın bir çox ölkəsindən olan 90-a yaxın peşəkar gəncin təlimi həyata keçirilən yay məktəbində bu dəfə də ABŞ, Böyük Britaniya, Almaniya, Azərbaycan, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə dünyanın 28 ölkəsindən 87 nümayəndənin iştirakı nəzərdə tutulur.

Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri, treninqlər, Rusiya və digər xarici ölkə teatr xadimləri ilə yaradıcılıq görüşləri də təşkil ediləcək.

Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, Rusiyanın xalq artisti Aleksandr Kalyagin, eləcə də, digər peşəkar rus teatr xadimlərinin rəhbərliyi ilə baş tutacaq. Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri hazırlayacaqlar.

2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 900-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-nın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm