Bu il 50 minlik “Man Booker”i o aldı – FOTO
Bizi izləyin

Art

Bu il 50 minlik “Man Booker”i o aldı – FOTO

Bu il “Man Booker” ədəbiyyat mükafatının qalibi cənubi koreyalı yazar Han Kanq olub.

Publika.az xəbər verir ki, yazar “The Vegetarian” adlı romanı sayəsində 50 min sterlinqlik mükafata layiq görülüb. Lakin Han Kanq mükafatı romanını ingilis dilinə çevirən Debora Smitlə bölüşməli olacaq. Onlar mükafatı Londondakı məşhur “Victoria & Albert” muzeyində alıblar.

“The Vegetarian” romanında ət yeməkdən imtina edən və insanların barbarlığına qarşı çıxan bir qadının başına gələnlərdən bəhs olunur.

“Man Booker” mükafatına ancaq ingilis dilində qələmə alınan və ya ingilis dilinə çevrilən əsərlər namizəd ola bilər. Bu il türkiyəli yazar Orhan Pamuk da namizəd olub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm