• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Oğlan evi 2” gəldi: Qala gecəsindən FOTOLAR

  • Art
  • 30 Noyabr 2016 23:58
  • 820 Baxış
“Oğlan evi 2” gəldi: Qala gecəsindən FOTOLAR

Bu gün Nizami Kino mərkəzində “Oğlan evi 2” filminin qala gecəsi keçirilib.

Qala gecəsində filmin baş qəhrəmanları Elcan Rəsulov, Nicat Rəhimov, Hüseyn Əzizoğlu, Elşən Hacıbabayev, Qurban Məsimovla yanaşı, tanınmış kino və incəsənət xadimləri iştirak edib.

Filmin ssenari müəllifləri İlham Qasımov, Tural Sevdimalı və DJ Fateh Publika.az-a açıqlamasında bildirib ki, bu filmdə də əsas tənqid hədəfləri fırıldaqçılar və toy biznesi olub.

İlham Qasımov ssenari müəllifi olduğu komediya filminin təəssüratlarını bizimlə bölüşüb: “Filmin ikinci bölməsinin “Oğlan evi 1” kimi uğurlu olub-olmamasına tamaşıçılar qərar verəcək. “Oğlan evi 3” barədə isə indi heç bir söz deyə bilərəm. Bəlkə də qız evi versiyalarını çəkdik. Qoy sürpriz olsun”.

İ.Qasımov həmçinin yaxın 4-5 ildə komediyadan başqa janrlarda film çəkməyi düşünmədiyini də xüsusi vurğulayıb.

Filmin ssenari müəlliflərindən biri olan DJ Fateh bu filmdə yeni hekayədən bəhs etdiklərini dilə gətirib: "İnanın, bu hekayə ilə bağlı nə danışmaq mümkün idisə, onu 100 dəqiqəlik ekran işində nəql etmişik".

Nicat Rəhimovla, Elcan Rəsulov filmdə çəkdikləri əziyyətin tamaşaçılar tərəfindən müsbət qiymətləndirəcəyinə inandıqlarını bildiriblər. İlk dəfə peşəkar aktyor heyəti ilə çalışdığını deyən Hüseyn Əzizoğlu bu filmdə böyük təcrübə topladığını, həmçinin həyəcanlı olduğunu ifadə edib. “Oğlan evi 2”-nin qəhrəmanları sonda tamaşaçıları maraqlı ekran əsərinə baxmağa dəvət edib.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR