“Oskar 2017”-nin qalibləri - FOTOLAR
Bizi izləyin

Art

“Oskar 2017”-nin qalibləri - FOTOLAR

Dünən Los-Ancelesdə ABŞ Kino Akademiyasının 89-cu "Oskar" mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Dünən Los-Ancelesdə ABŞ Kino Akademiyasının hazırladığı 89-cu "Oskar" mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “La-La Land” ilin ən yaxşı filmi, Emma Stoun isə "Ən yaxşı aktrisa" seçilib. Mükafatı Emmaya ötən il "Ən yaxşı kişi aktyoru" mükafatına layiq görülən Leanardo DiKaprio təqdim edib.

Qaliblərinin tam siyahısını təqdim edirik:

Ən yaxşı film: "Ay İşığı"

Ən yaxşı rejissor: Demen Şazell ("La-La Land")

Ən yaxşı aktyor: Keysi Afflek ("Mançester - dəniz kənarında")

Ən yaxşı aktrisa: Emma Stoun

İkinci planda ən yaxşı aktyor: Maxerşala Əli ("Ay İşığı")

İkinci planda ən yaxşı aktrisa: Viola Devis ("Hasarlar")

Ən yaxşı animasiya filmi: "Heyvan polisi"

Xarici dildə ən yaxşı film: "Sonralar" (İran)

Ən yaxşı film mahnısı: “City of Stars” ("La-La Land")

Ən yaxşı effektlər: "Cəngəllik kitabı"

Ən yaxşı qrim və saç: "İntihar edənlərin dəstəsi"

Ən yaxşı səs: "Vicdan mülahizələrinə görə"

Ən yaxşı kostyumlar: "Fantastik məxluqlar"

Kinematoqrafiyaya verdiyi töhfəyə görə fəxri heykəlcik: Ceki Çan

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm