Böyük rus şairinin vəsiyyəti yerinə yetirildi - onu bu qəsəbəyə nə bağlayır?
Bizi izləyin

Art

Böyük rus şairinin vəsiyyəti yerinə yetirildi - onu bu qəsəbəyə nə bağlayır?

Vəsiyyət yerinə yetirildi.

Böyük rus şairi Yevgeni Yevtuşenko son nəfəsində yaxınlarına onu Peredelkinoda, qələm yoldaşı Boris Pasternakın yanında basdırmağı vəsiyyət etmişdi.

Publika.az xatırladır ki, Peredelkino – məşhur yazıçıların, şairlərin, ssenaristlərin yaşayıb-yaratdığı qəsəbədir. Məşhurların çoxu bu qəsəbənin məzarlığında uyuyur.

Məzarlıq rəsmən bağlanılıb, çünki burda artıq basdırılmağa yer qalmayıb. Yeni məzarlar yalnız ailəyə məxsus ərazilərdə, öz qəbirlərinin yanında qazılır. Amma bu, Yevtuşenko kimi bir şair üçün istisna edilib. Əslində Pasternakın məzarından bir qədər irəlidə şair üçün yer tapılsa da, məhz onun son xahişini yerinə yetirmək üçün Pasternakın ailə üzvlərinin arasında münasib bir yer seçilib. Lakin bu yer asfalt yola tərəf olduğundan və qəbirlər arası yollar da dar olduğundan böyük şairin dəfninə gələcək insanların bura necə yerləşəcəyi sualı narahatlıq yaradır. Dəfn mərazimi isə şənbə günü baş tutacaq. Şairi sevənlər artıq indidən qəsəbəyə yerləşiblər. Əksəriyyəti yaşlı nəslin nümayəndələridir.

Bu məzarlıqdan təxminən 20 dəqiqəlik aralıda isə Yevtuşenkonun Qoqol küçəsindəki muzeyi yerləşir. Burda da artıq qələbəlikdir. İnsanlar gül-çiçək dəstələri gətirir, xatirə dəftərinə ürək sözlərini yazırlar. Muzeydə şairin şəxsi kolleksiyası sərgilənir. Bu şəkillərin çoxunu ona dostları və oxucuları hədiyyə edib. Şairin öz portretləri də şəkillər arasındadır.

Yevgeni Yevtuşenko bir neçə gün öncə ABŞ-da 85 yaşında dünyasını dəyişib. Sovet dönəminin ən parlaq şairlərindən olan Yevtuşenko azərbaycanlı ictimai xadim Xuraman Abbasovaya “Örpək” şeiri də həsr etmişdi. Qeyd edək ki, Xuraman Abbasova 1988-ci ilin fevral ayında erməni-rus siyasətçilərinin hazırladığı bir təxribatın qarşısını örpəyini atmaqla önləmişdi. Yüzlərlə ağdamlı gənci məhz Xuraman xanım Xankəndindən Əsgəran tərəfə yönələn rus tanklarının altına düşməkdən qoruyub. Keçmiş SSRİ-də bu hadisə olduqca müsbət qarşılanırdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm