Art
Ulu öndər Heydər Əliyevin xatirəsi Stokholmda anıldı
Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Publika.az xəbər verir ki, anım mərasimində səfirliyin əməkdaşları, diaspor təşkilatlarının fəalları və ictimaiyyət nümayəndələri səfirlikdə Ulu Öndərin büstü önünə əklil qoyub, böyük şəxsiyyətin əziz xatirəsini yad ediblər.
Azərbaycan diasporunun nümayəndələri Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıblar. Onun Azərbaycanın ən çətin illərində siyasi hakimiyyətə qayıdaraq ölkəmizdə hökm sürən xaos və anarxiyanın qarşısını aldığını, bugünkü müasir müstəqil Azərbaycanın banisi kimi adını tarixə yazdığını qeyd ediblər. Çıxış edənlər Ulu Öndərin tarixdə əvəzolunmaz lider, qüdrətli dövlət başçısı, Azərbaycanın xilaskarı kimi qaldığını, dahi rəhbərin bütün həyatını xalqına sədaqətlə xidmətə həsr etdiyini, həmişə xalqa arxalandığını vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyevin ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafında misilsiz xidmətləri var. Dahi rəhbərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib.
Tədbir çərçivəsində səfirlikdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar təqdim olunub, sənədli film nümayiş etdirilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu