Bakı 2015: Basketbol komandalarımızın heyəti açıqlandı
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Basketbol komandalarımızın heyəti açıqlandı

İlk Avropa Oyunlarının basketbol yarışlarının 3X3 növündə mübarizə aparacaq Azərbaycan yığmalarının heyəti dəqiqləşib.

Publika.az xəbər verir ki, qadın və kişilərdən ibarət komandalarımız ən güclü “dördlüyü” müəyyənləşdiriblər.

Belə ki, baş məşqçi Elxan Əliyev sərəncamında olan basketbolçular arasında seçim edərək, mötəbər yarışa Rolandas Əliyev, Orxan Aydın (Hacıyeva), Amil Həmzəyev və Marşall Mozesi sifariş edib.

Qadınlardan ibarət millimizin çalışdırıcısı Tatyana Slojenitsina isə ilk dəfə baş tutacaq qitə Oyunlarında Tatyana Deniskina, Renara Tiffani Reys, Aneyka Henri və Dina Ulyanovaya şans verəcək.

Qeyd edək ki, “Bakı 2015”-də basketbol yarışları iyunun 23-26-da olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm