Bakı 2015
Bakıda “Avropa Oyunları müstəvisində anti-Azərbaycan kampaniyası” mövzusunda “dəyirmi masa” keçirilib
“Bakı-2015” Birinci Avropa Oyunlarına dəstək qrupu üzvlərinin təşəbbüsü ilə mayın 5-də Bakı Beynəlxalq Mətbuat Mərkəzində “Avropa Oyunları müstəvisində antiazərbaycan kampaniyası” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Fəzail Ağamalının sədrliyi ilə keçirilmiş tədbirdə ictimaiyyətin nümayəndələri və tələbələr çıxış ediblər.
Qeyd olunub ki, son vaxtlar bəzi dairələr Azərbaycan əleyhinə qarayaxma, böhtan kampaniyası keçirir. Məqsəd Birinci Avropa Oyunları ərəfəsində ölkənin imicinə xələl gətirməkdir.
Elan edilib ki, belə kampaniyalara qarşı mübarizə aparmaq üçün sosial şəbəkələrdə “Bakı-2015” Birinci Avropa Oyunlarına dəstək qrupu yaradılıb. Artıq sayı 10 min nəfərdən çox olan qrup iştirakçıları Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları haqqında internetdə fəal informasiya yaymaqla bu pozuculuq fəaliyyətinə qarşı mübarizə aparmaq niyyətindədirlər. Çıxış edənlər bildiriblər ki, qrupun iştirakçıları arasında Böyük Britaniya, Fransa, Almaniya və İspaniyanın, başqa ölkələrin xeyli vətəndaşları vardır.
Həmçinin qeyd edilib ki, Birinci Avropa Oyunlarının burada keçirilməsi ölkəmizin özünü dünyaya tanıtmasına daha geniş imkanlar yaradacaq.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu