“Bakı 2015” Əməliyyat Komitəsi başsağlığı verdi
Bizi izləyin

Bakı 2015

“Bakı 2015” Əməliyyat Komitəsi başsağlığı verdi

Dünən Bakının Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğın bütün ölkəni sarsıtdı. Rəsmi məlumata görə, faciəli hadisədə 15 nəfər həyatını itirib. Ölənlər arasında İlk Avropa Oyunlarının könüllüsü də olub.

Publika.az xəbər verir ki, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi 19 may 2015-ci il tarixdə Bakı şəhərində, yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsi nəticəsində dünyasını dəyişənlərin, o cümlədən Birinci Avropa Oyunlarının könüllüsü Eyvazova Ülkər Hamir qızının, eləcə də anası Şirinova Zülfiyyə Yavər qızı və qardaşı Eyvazov Davud Hamir oğlunun faciəli şəkildə həlak olmalarından kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir.

Əlavə edək ki, adları çəkilənlər həm də millimizin sabiq üzvü Emin Quliyevin qohumlarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm