Bakı 2015
Məşəli Bakıda xalq artisti qarşılayacaq – FOTO
"Bakı 2015" məşəldarlarından biri də xalq artisti Aygün Kazımovadır.
Publika.az xəbər verir ki, məşəlin Bakıda ilk daşıyıcısı məhz Aygün xanım olacaq. Müğənni bu barədə sosial şəbəkədə yazıb:
“Dostlar, bu gün vətənimizdə keçiriləcək ilk Avropa Oyunlarının məşəli paytaxtımıza gəlir. Onu ilk qarşılayan və böyük qürurla o məşəli Bayraq Meydanından mərkəzə aparan mən olacam. Bu statusu yazmaq bir bilsəz necə sevindiricidir! Uğurlar Azərbaycan!”
Aygün Kazımova məşəl daşıyarkən geyinəcəyi idman formasının fotosunu da paylaşıb.
Bakı 2015 Birinci Avropa Oyunlarının məşəli açılış mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl 5 gün ərzində Bakı şəhərində səfər edəcək. Bu səfər iyunun 7-də başlayır. Bakı 2015 məşəli iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.
İsa ŞÜKÜROV
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu