Məşəl Milli Gimnastika Arenasına gətirildi
Bizi izləyin

Bakı 2015

Məşəl Milli Gimnastika Arenasına gətirildi

Bakı 2015 I Avropa Oyunlarının məşəli Milli Gimnastika Arenasına gətirilib.

Publika.az xəbər verir ki, məşəli arenaya Azərbaycanın tanınmış bədii gimnastı Marina Durunda çatdırıb.

Milli Gimnastika Arenasında Oyunlar zamanı idman gimnastikası, batut gimnastikası, bədii gimnastika, akrobatika gimnastikası və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, aprelin 26-dan Azərbaycanın bütün bölgələrinə səyahət edən məşəl iyunun 7-də paytaxt Bakıya gətirilib. Məşəli Bakıda "Sadko" limanında ölkə prezidenti İlham Əliyev təhvil alıb və digər məşəl daşıyanlara ötürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm