Bakı 2015: Bu gün başlayır
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Bu gün başlayır

Nəhayət ki, səbrsizliklə gözlədiyimiz o an çatdı. Artıq bu gün bir neçə dəqiqədən sonra Bakı 2015 İlk Avropa Oyunlarına start veriləcək. Açılış mərasimi axşam 20:15-ə planlaşdırılsa da, mübarizə səhərdən başlayacaq.

Publika.az xəbər verir ki, Avropa Oyunlarının ilk günündə 2 növ üzrə yarışlar keçiriləcək. Saat 09:00-da sinxron üzgüçülük, 12:00-da isə su polosu yarışları başlayacaq.

Mübarizəyə Bakı Su İdmanı Mərkəzində start veriləcək. Avropa Oyunları tarixində ilk yarış sinxron üzgüçülükdə, duetlərin mübarizəsində gerçəkləşəcək. Bu idman növündə komanda yarışlarında təsnifat mərhələsi keçiriləcək.

Su polosunda da qadınlar ilk turun görüşlərinə çıxacaqlar. Azərbaycan yığmasının oynamadığı turnirdə 6 matç baş tutacaq.

12 iyun

9:00. Sinxron üzgüçülük

Duetlər, təsnifat mərhələsi, sərbəst hərəkətlər

Bakı Su İdmanı Mərkəzi

12:00. Su polosu

Qadınlar, A qrupu

Hollandiya - İsrail

Vaterpol arenası

12:00. Su polosu

Qadınlar, A qrupu

Macarıstan – Almaniya

Vaterpol arenası

13:45. Su polosu

Qadınlar, A qrupu

Yunanıstan – Böyük Britaniya

Vaterpol arenası

13:45. Su polosu

Qadınlar, B qrupu

İspaniya – Serbiya

Vaterpol arenası

15:30. Su polosu

Qadınlar, B qrupu

Rusiya – Slovakiya

Vaterpol arenası

15:30. Su polosu

Qadınlar, B qrupu

İtaliya – Fransa

Vaterpol arenası

15:30. Sinxron üzgüçülük

Komandalar, təsnifat mərhələsi, sərbəst hərəkətlər

Bakı Su İdmanı Mərkəzi

20:15. Açılış mərasimi

Olimpiya stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm