Abakarova: “Çalışacağam ki, yeganə azərbaycanlı kimi qalib gəlim...”
Bizi izləyin

Bakı 2015

Abakarova: “Çalışacağam ki, yeganə azərbaycanlı kimi qalib gəlim...”

Yarımfinala yüksələn Azərbaycan taekvondoçusu Patimat Abakarova qələbə sevincini Publika.az-la bölüşüb.

O deyib: “Əhvalım əladır. Artıq ikinci rəqibimə də qalib gəldim. Qızıl medala iddialıyam, inşallah, qələbə qazanıb himnimizi səsləndirərəm. Birinci döyüşdə rusiyalı taekvondoçu ilə yarışdım. Onunla bundan öncə də qarşılaşmışdım. Yunanıstan təmsilçisinə isə qalib gəlib yarımfinala yüksəldim. Məhəmməd Məmmədov yarışda mübarizəsini dayandırdı, mən tək qaldım. Çalışacağam ki, yeganə azərbaycanlı kimi qalib gəlim, ümidləri doğruldum”.

Qeyd edək ki, 49 kq çəki dərəcəsində dörddəbir finalda təmsilçimiz 4:2 hesabı ilə yunanıstanlı İoanna Koutsouya qalib gəlib.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm