Bakı-2015: Güləşçimiz bürünc medal qazandı – FOTOLAR
Bizi izləyin

Bakı 2015

Bakı-2015: Güləşçimiz bürünc medal qazandı – FOTOLAR

Güləşçilərimizin nəticələri:

61 kq

1/8 final - Valodya Franqulyan (ARM) - Hacı Əliyev 0:7

1/4 final - Hacı Əliyev - Mikola Bolotnyuk (SVK) 10:0

1/2 final - Aleksandr Boqomoev (RUS) - Hacı Əliyev 5:2

Bürünc medal görüşü - Munir Recep Aktaş (TUR) -Hacı Əliyev 2:10

70 kq

1/8 final - Ruslan Dibirhacıyev - Maqomedmurad Hacıyev (POL) 2:7

Təsəlliverici görüş - Miroslav Kirov (BUL) - Ruslan Dibirhacıyev 1:4

Təsəlliverici görüş - Ruslan Dibirhacıyev - Zsombor Gulyas (HUN) 4:3

Bürünc medal görüşü - Ruslan Dibirhacıyev - Davit Tlaşadze (GEO) 6:2

86 kq

1/8 final - Nurməhəmməd Hacıyev - Georgi Sredkov (BUL) 14:2

1/4 final - Nurməhəmməd Hacıyev - Abdulraşid Sadullayev (RUS) 2:14

Təsəlliverici görüş - Tudor Vasile Zuz (İTA) -Nurməhəmməd Hacıyev 0:10

Bürünc medal görüşü - Nurməhəmməd Hacıyev - Radoslav Marcinkieviç (POL) 3:5

125 kq

1/16 final - Jonas Rudavicius (LTU) - Cəmaləddin Məhəmmədov 0:10

1/8 final - Taha Akgül (TUR) - Cəmaləddin Məhəmmədov 5:2

Təsəlliverici görüş - Cəmaləddin Məhəmmədov - Robert Baran (POL) 11:0

Bürünc medal görüşü - Cəmaləddin Məhəmmədov - Soslan Qaqloev (SVK) - 7:2

21:07

Bürünc medal uğurinda dah bir idmançımız xalça üzərinə çıxıb. 125 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Cəmaləddin Məhəmmədov Slovakiya idmançısı Soslan Qaqloevlə qarşılaşıb. Pəhləvanımız hünər meydanından üzü ağ çıxıb. O görüşü 7:2 hesablı üstünlüklə başa vurub. Beləliklə bu günü güləşçilərimiz 3 bürünclə başa vurub.

20:19

86 kq çəki dərəcəsində bürünc medal görüşündə təmsilçimiz Nurməhəmməd Hacıyev Polşa idmançısı Radoslav Marcinkieviçlə qarşılaşıb. Görüşün ilk hissəsini güləşçimiz 3:0 üstünlüklə bitirib. Növbəti taymda rəqib idmançı 2 xalı öz aktivinə yazdıra bilib. Ardınca qazandığı 2 xal onun görüşü qalib bitirməynə səbəb oldu. - 3:5

Beləliklə bürünc medallardan biri əldən çıxıb.

20:10

Daha bir idmançımız bürünc medal uğrunda görüşə çıxıb. 70 kq məki dərəcəsində bürünc medal üçün mübarizəyə qatılan güləşçimi Ruslan Dibirhacıyev Gürcüstan idmançısı Davit Tlaşadzelə qarşılaşıb.

Təmsilçimiz birinci hissənin ilk dəqiqəsində ard-arda atdığı 2 fəndlə hesabına 4 xal yazdırıb. Əzimkarlıq göstərən Ruslan ikinci hissədə də üstün olduğunu sübut edib. Pəhləvanımız ikinci hissədə rəqibə 2 xal versə də, üstünlüyünü qoruyub. Beləliklə o aktivinə dah 2 xal əlavə edərək görüşü qalib bitirib - 6:2.

Bununla da o 70 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.

19:06

Xəbər verdiyimiz kimi axşam saatında 4 idmançımız bürünc uğrunda mübarziə aparacaq. İlk olaraq 61 kq çəki dərəcəsində mübarziə aparan idmançılar hünər meydanına çıxıb. bürünc medal uğrunda görüşdə idmançımız Hacı Əliyev Türiyə idmançısı Munir Recep Aktaşla üz-üzə gəlib.

Görüşün ilk dəqiqələrində güləşçiniz 4:0 önə keçməyi bacarıb. Ancaq Türkiyə təmsilçisi 2 xalı öz xeyerinə yazdıra bilsə də bu görüşün taleyinə bir o qədər təsir etmğyib. Çünki təmsilçimiz ilk hissədə daha 2 xal qazanaraq hesabı 6:2 edib. İkinci hissədə də üstünlüyünü qorumağı bacaran idmançımız görüşü 10:2 hesabla başa vurub.

16:09

Güləşçimiz Ruslan Dibirhacıyev (70 kq) növbəti təsəlliverici görüşünə çıxıb. Onun bu görüşdəki rəqibi Macar idmançı Zsombor Gulyas olub. İdmançımız ilk hissəni rəqibindən 1 xal üstün başa vurub.-1:0

Təbii ki, ard-arda görüşlər keçirən idmançıların yorğun olduğu hiss olunurdu. Ancaq Avropa Oyunlarındakı taleyini həll etmək üçün bu hər iki idmançı üçün böyük şans idi. Güləşçimiz növbəti taymda aktivinə daha 2 xal əlavə edə bilib. Rəqib idmançının məçqçiləri etiraz bildiriblər. Amma onların etirazları qəbul olunmayaraq güləşçimizin aktivinə daha 1 xal əlavə olunub. Rəqib idmançı 2 dəfə güləşçimizə verilən xəbərdarlıqdan 2 xal qazansa da bu görüşün taleyini onun xeyrinə həll etməyib. Çünki görüşü Ruslan 4:2 hesabla qalib bitirib. Beləliklə R.Dibirhacıyev bürünc uğrunda mübarizəyə haqq qazanıb.

Ümumilikdə axşam saatında 4 idmançımız bürünc medal uğrunda mübarizə aparacaq. Bildirək ki, güləşçimiz Hacı Əliyev (61 kq) Türkiyə idmançızı Munir Recep ilə üz-üzə gələcək. Təmsilçimiz Nurməhəmməd Hacıyev (86 kq) Polşa güləşçisi Radoslav Marcinkieviçlə qarşılaşacaq. Didər idmançımız Cəmaləddin Məhəmmədov (125 kq) isə Slovakiya idmançısı Soslan Qaqloevlə hünər meydanında görüşəcək. İdmançımız Rusla Dibirhacıyevin (70 kq) isə bürünc medal uğurunda rəqibi Gürcüstan güləşçisi Davit Tlaşadze olacaq.

14:04

70 kq çəki dərəcəsində təsəlliverici görüşdə güləşçimiz Ruslan Dibirhacıyev Bolqarıstan idmançısı Miroslav Kirovla qarşılaşıb. İdmançımız təsəlliverici görüşdə rəqibini 4:1 hesabla məğlub edib. Beləliklə, Ruslan bürünc medal uğrunda görüşdə güləşmək şansını saxlayır.

13:37

İdmançımız Nurməhəmməd Hacıyev (86 kq) İtaliya güləşçisi Tudor Vasile Zuzla təsəlliverici görüşdə 0:10 hesabıyla qalib gələrək bürünc medal görüşünə qatılacaq. Bürünc medal üçün görüşdə onun rəqibi Polşa təmsilçisi Radoslav Marcinkieviç olacaq.

Digər təsəlliverici görüş isə Cəmaləddin Məhəmmədov (125 kq) üçün baş tutub. O, polşa idmançısı Robert Barana 11:0 hesabla qalib gəlib. Onun bürünc medal uğrunda görüşdəki rəqibi slovakiyalı Soslan Qaqloev olub.

Beləliklə, 3 idmançımız bürünc üçün güləşməyə hazırlaşır - Nurməhəmməd Hacıyev (86 kq), Hacı Əliyev (61 kq) və Cəmaləddin Məhəmmədov (125 kq).

13:26

Yarım final mərhələsində təmsilçimiz Hacı Əliyev (61 kq) Rusiya idmançısı Aleksandr Boqomoevlə qarşılaşıb. İdmançımız ilk hissənin ikinci dəqiqəsində rəqibini xalçadan kənara çıxararaq aktivinə 1 xal yazdırıb. Ancaq rəqib idmançı birinci hissənin bitməsinə az qala xalları bərabərləşdirə bilir.

İkinci hissədə rusiyalı güləşçi aktivinə ard-arda 2 xal yazdıra bilir. Görüş 5:2 hesabıyla rəqibin xeyrinə bitib. Hacı Əliyev üçün bürünc şansı qalır.

12:56

Əliyev 1/4 finalda Mikola Bolotnyukla güləşib. Dünya çempionumuz bu dəfə də xalçadan qalib ayrılıb. O, Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. Həmyerlimiz finala gedən yolda Aleksandr Boqomoyevlə üz-üzə gələcək.

12:22

Avropa Oyunlarının sərbəst güləş yarışlarında Azərbaycanı 125 kq çəki dərəcəsində təmsil edən dünya üçüncüsü Cəmaləddin Məhəmmədov 1/8 final mərhələsində Türkiyə güləşçisi, dünya və üçqat Avropa çempionu, Bakı 2015 birinci Avropa Oyunlarının elçisi Taha Akgüllə qarşılaşıb.

Trend-in məlumatına görə, C.Məhəmmədov adlı-sanlı rəqibi ilə görüşdə layiqli mübarizə aparmasına baxmayaraq, sonda 2:5 hesabı ilə məğlub olub.

1/4 finalda mübarizə aparan Nurməhəmməd Hacıyev (86 kq) Abdulrəşid Sadullayevə (Rusiya) 1:11 hesabı ilə uduzub. Buna baxmayaraq, rusiyalı güləşçi finala vəsiqə qazandığından Nurmaqomed təsəlliverici görüşlərə qatılacaq. Təmsilçimiz bu mərhələdə Vasile Zuz Tudorla (İtaliya) qarşılaşacaq.

1/8 finalda -70 kq-da çıxış edən təmsilçimiz Ruslan Dibirhacıyev Polşa idmançısı Maqomedmurad Hacıyevlə qarşılaşıb. İdmançımız ilk görüşdəcə məğlub olub - 2:7.

11:51

125 kq-da 1/8 final mərhələsində təmsilçimiz Cəmaləddin Məhəmmədov Türkiyə idmançısı dünya və Avropa çempionu Taha Akgüllə qarşılaşıb. Qardaş ölkə təmsilçisi 5:2 hesabla görüşü qalib başa vurub.

11:23

1/8 finalda 76 kq-da mübarizə aparan idmançımız Nurməhəmməd Hacıyev də ilk görüşdən üzüağ çıxıb. O, bolqarıstanlı rəqibi Georgi Sredkova 14:2 hesabıyla qalib gəlib. 1/4 finalda Nurməhəmməd Hacıyev Rusiya idmançısı Abdulraşid Sadullayevlə qarşılaşacaq.

11:08

Avropa və dünya çempionumuz Hacı Əliyev ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib və o da qardaşı kimi erməniyə öz gücünü göstərib. 1/8 final mərhələsinə təsadüf edən görüşdə Hacı Valodiyanı 7:0 hesabı ilə darmadağın edib. Hacı Əliyevin 1/4 finaldakı rəqibi slovakiya idmançısçısı Mikola Bolotnyuk olacaq.

10:37

1/16 finalda sərbəst güləşçimiz Cəmaləddin Məhəmmədov italiyalı rəqibi Jonas Rudaviciusi 10:0 hesablı tam qələbəylə məğlub edib. 1/8 finalda Cəmaləddin Məhəmmədovun rəqibi Türkiyə təmsilçisi Taha Akgül olacaq.

09:55

Bu gün Bakı-2015-də sərbəst güləş yarışlarının son görüşləri baş tutacaq.

Publika.az xəbər verir ki, 4 çəki dərəcəsində güləşçilərimiz mübarizə aparacaq.

61 kq çəki dərəcəsində təmsilçimiz Hacı Əliyev 1/8 finalda erməni Valodiya Franqulyanla görüşəcək. Qarşılaşma saat 10:49-da başlayacaq.

70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev 1/8 finalda bolqar Miroslav Kirovla polşalı Maqomedmurad Hacıyevin qalibi ilə görüşəcək.

86 kq çəki dərəcəsində təmsilçimiz Nurmaqomed Hacıyev 1/8 finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək.

Qarşılaşma saat 10:56-da başlayacaq.

125 kq çəki dərəcəsində Camaləddin Maqomedov ilk görüşünü litvalı Yonas Rudaviçiusla keçirəcək. Qarşılaşma saat 10:21-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm