• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Çimərlik voleybolu: Millimiz İtaliyayla üz-üzə – YENİLƏNİR

Çimərlik voleybolu: Millimiz İtaliyayla üz-üzə – YENİLƏNİR

Bakı 2015 I Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişi və qadınların yarışında növbəti oyunlar keçiriləcək.

Publika.az xəbər verir ki, kişilər qrup mərhələsinin II turuna, qadınlar isə pley-off matçına çıxacaqlar.

Bu yarışda iştirak edən hər iki qadın komandamız qrupu iki və üçüncü pillədə tamamladığından, pley-offda iştirak edəcəklər. Vivyan Kunya - Zinaida Lyubimova cütlüyü 1/8 finala vəsiqə uğrunda finlandiyalı Erika Nistrom - Emilia Nistrom cütlüyü ilə qarşılaşacaq.

Yuliya Kərimova və Rakel Ferreyradan ibarət digər komandamız isə çexiyalı həmkarları Diana Zolnerçikova və Martina Yakubsova önünə çıxacaqlar.

Vivyan Kunya - Zinaida Lyubimova cütlüyü qalib gələcəyi təqdirdə 1/8 finalda İtaliya təmsilçisi ilə qarşılaşacaq. Yuliya Kərimova və Rakel Ferreyra isə çexləri üstələyərsə, növbəti mərhələdə ispanlara rəqib olacaq.

1/8 final mərhələsinin oyunları isə bu gün saat 19:00-dan etibarən başlayacaq.

O ki qaldı kişi komandalarımıza, qrupun 2-ci turunda Bernardo Romano - Leonid Qritsay cütlüyü norveçlilərə, Neylton Santos və Yaroslav Rudik isə fransızlara qarşı mübarizə aparacaqlar.

18 iyun

Qadınlar, Pley-off mərhələsi

Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya) - Yulia Abalakina/Kseniya Dabija (Rusiya) - 2:0 (21:13, 21:14)

Marta Ozolina/Tina Qraudina (Latviya) - Daria Udovenko/Yelizaveta Sulima (Ukrayna) - 2:0 (21:16, 21:16)

Rimke Braakman/Jolien Sinnema (Hollandiya) - Panagiota Karaquni/Anna Pigi Metheniti (Yunanıstan) - 2:0 (21:15, 21:17)

Erika Nistrom/Emilia Nistrom (Finlandiya) - Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) 0:2 (19:21, 13:21)

Daniela Coria/Culia Momoli (İtaliya) – Karolina Baran/Yaqoda Qruşinska (Polşa) - 0:2 (19:21, 17:21)
Valeriya Babenka/Yana Milevskaya (Belarus) - Ester Boter Ribera/Amaranta Navarro Fernandes (İspaniya) - 1:2 (21:18, 16:21, 13:15)
Yekaterina Sirtçeva/Mariya Prokopeva (Rusiya) - Janne Konqşavn/Viktoriya Kyoelberq (Norveç) - 2:0 (21:10, 21:18)
Yuliya Kərimova/ Rakel Ferreyra (Azərbaycan) - Diana Zolnerçikova/Martina Yakubsova (Çexiya) - 0:2 (21:23, 19:21)

1/8 final

19:00. Sofi van Gestel/Yantin van der Vlist (Hollandiya) - Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya)

19:00. Nikole Eholzer/Nina Betşart (Avstriya) - Marta Ozolina/Tina Qraudina (Latviya)

19:00. Melinda Adelin/Laura Lonqet (Fransa) - Rimke Braakman/Jolien Sinnema (Hollandiya)

20:00. Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) - Karolina Baran/Yaqoda Qruşinska (Polşa)

20:00. Karolina Rehaçkova/Eliska Qalova (Çexiya) - Ester Boter Ribera/Amaranta Navarro Fernandes (İspaniya)

20:00. Rikka Letonen/Taru Lahti (Finlandiya) - Yekaterina Sirtçeva/Mariya Prokopeva (Rusiya)

21:00. Laura Ciombini/Qiulia Toti (İtaliya) - Vivian Kunya/Zinayda Lubimova (Azərbaycan)

22:00. Paula Qutyerres Soria/Angela Errero Lobato (İspaniya) - Diana Zolnerçikova/Martina Yakubsova (Çexiya)

Kişilər, II tur

A qrupu

18:00. Aleks Rangieri/Enriko Rossi (İtaliya) - Lukas Kazdailis/Arnas Rumseviçyus (Litva)

20:00. Bernardo Romano/Leonid Qritsay (Azərbaycan) – Morten Kvamsdal/Oevind Hordvik (Norveç)

B qrupu

Fransisko Tomas Kuadrado/Sezar Menendes Orteqa (İspaniya) - Aleksey Denin/Aleq Plotnitski (Ukrayna) - 1:2 (21:18, 16:21, 14:16)
Maçey Rudol/Maçey Kosyak (Polşa) – Aleksey Strasser/Qabriel Kisslinq (İsveçə) - 0:2 (18:21, 15:21)

C qrupu

Paolo İnqrosso/Matteo İnqrosso (İtaliya) - Aleksandr Solovey/Ruslan Sorokins (Latviya) – 2:0 (21:17, 21:16)
Nikos Zupani/Georgios Kotsilianos (Yunanıstan) – Yaroslav Qordeyev/Vladislav Yemelyançuk (Ukrayna) – 2:1 (17:21, 22:20, 15:7)

D qrupu

Martins Plavins/Haralds Reqza (Latviya) - Aleksandr Kavalenka/Aleksandr Dziadku (Belarus) - 2:1 (24:22, 17:21, 15:11)
Peter Eqlser/Daniel Mullner (Avstriya) - Pekka Pippo/Yurki Nurminen (Finlandiya) - 2:1 (16:21, 21:15, 15:9)

E qrupu

Səlçuk Şəkərci/Hasan Mermer (Türkiyə) - Premisl Kubala/Yan Hadrava (Çexiya) – 0:2 (15:21, 13:21)
Steven van de Velde/Maykl van Dorsten (Hollandiya) - Sean Faiqa/Ariel Hilman (İsrail) – 0:2 (17:21, 16:21)

F qrupu

18:00. Yaroslav Koşkarev/Dmitri Barsyuk (Rusiya) - Peter Kildeqard/Kristoffer Abell (Danimarka)

18:00. Yannik Salvetti/Jan-Baptiste Doqer (Fransa) – Engin Özbək/Hakan Göktepe (Türkiyə)

G qrupu

17:00. Tobias Vinter/Lorens Peter Petutşniq (Avstriya) - Kristo Kollo/Rivo Vesik (Estoniya)

17:00. Fransisko Marko Arroyo/Kristian Rodriges Qarsiya (İspaniya) – Kris Qreqori/Jak Şif (Böyük Britaniya)

H qrupu

18:00. Marko Krattiger/Sebastian Çevallier (İsveçrə) - Robert Kufa/Yan Dumek (Çexiya)

19:00. Neylton Santos/Yaroslav Rudik (Azərbaycan) – Romain di Cantommaso/Maksim Tierçi (Fransa)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR