Bakı 2015
Senyuk: “Uduzsam da, inanıram ki, həyat yoldaşım qazanacaq”
“Texniki səhvimə görə qələbəni əldən verdim. Müntəzəm atış həyata keçirsəydim, bəlkə də, bu cür nəticə əldə etməzdim”.
Bu sözləri Publika.az-a açıqlamasında kamandan oxatma üzrə kişilər arasında fərdi 1/32 seçmə mərhələsindən məğlub ayrılan Taras Senyuk deyib.
Lüksemburq təmsilçisi Cef Henkels ilə yarışda son mərhələyə qədər bərabər addımlayan Azərbaycan təmsilçisi 5-ci setdə 2 xalla rəqibinə uduzub.
O, məğlubiyyətinin səbəblərini belə açıqlayıb:
“Çox həyəcanlandım və son anda yaxşı atış həyata keçirə bilmədim. Deməzdim ki, mənim uduzduğum 2 xala görə komandamıza zərbə gələcək. Tamaşaçılara çox təşəkkürümü bildirirəm, onlar gəlib bizi dəstəkləyirlər”.
T.Senyuk Avropa Oyunlarının təşkilati işlərinin yüksək səviyyədə görüldüyünü deyib:
“Kamandan oxatanlar üçün yaradılmış şəraitdən bütün idmançılar razı qaldı. Atletlər Kəndindəki şəraitdən, qidalanmadan çox razıyıq”.
O, sabah 1/16 final mərhələsində qadınların fərdi yarışında yarışacaq həyat yoldaşı Olqa Senyukla bağlı proqnozunu da açıqlayıb:
“Mən uduzsam da, inanıram ki, həyat yoldaşım inamlı qələbə qazanacaq və növbəti mərhələyə keçəcək”.
Nərgiz
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu