Olimpiya stadionu bağlanış mərasimi üçün hazırlanır
Bizi izləyin

Bakı 2015

Olimpiya stadionu bağlanış mərasimi üçün hazırlanır

"Dünən bir sıra məkanlarda maraqlı idman yarışlarının şahidi oldum. İyunun 23-də 12 yarışı 17716 tamaşaçı izləyib ki, bu, tamaşaçı yerlərinin 84 faizinin tutulması deməkdir".

Publika.az xəbər verir ki, bunu Bakı 2015 I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dünən 8 müxtəlif məkanda keçid prosesi yekunlaşıb:

“Əvvəldən də dediyim kimi, Oyunlar üçün əlavə 12 min bilet satışa çıxarılmışdı. Bundan əlavə, 5000 artıq əlavə yer ayrıldı. Həmin yerlərin biletləri də tədricən satışa çıxarılır. Dünən Avropa Oyunları parkında 3x3 basketbol yarışları başladı. Çimərlik arenasında hazırlıq işləri yekunlaşıb və bu gün çimərlik futbolu başlayacaq. Artıq Olimpiya stadionu bağlanış mərasimi üçün hazırlanmağa başlayıb".

S.Kleqq dünən 1500-dən çox idmançı və rəsmilərin ölkəni tərk etdiyini bildirib.

"Bu gün 7 idman növü üzrə yarışlar başlayır. 2 idman növü üzrə medallar olacaq. Bunlar üzgüçülk və qılıncoynatma yarışlarıdır. Bugünkü yarışlarda 22 min tamaşaçının iştirakı nəzərdə tutulur. Sabah isə 30 minə yaxın izləyicinin gəlişini gözləyirik. Çünki sabah cüdo yarışları keçiriləcək", - o, qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm