Xaybula Musalov: “Doğma meydanda heç kim pis çıxış etmək istəməz”
Bizi izləyin

Bakı 2015

Xaybula Musalov: “Doğma meydanda heç kim pis çıxış etmək istəməz”

"Yaxşı döyüş oldu. Rəqib çox təcrübəli və güclü idmançı idi. Əsas məqsədim ilk iki raundda üstünlük qazanıb, son raundda bir az gücümə qənaət etmək idi. Şükür Allaha, buna nail oldum".

Bu sözləri Publika.az-a açıqlamasında ölkəmizi 75 kiloqram çəki dərəcəsində təmsil edən Xaybuya Musalov belaruslu Vitali Bandarenka üzərində qazandığı qələbədən sonra deyib.

Boks üzrə Azərbaycan millisinin baş məşqçisi Roke Otano Pedroya təşəkkürünü bildirən X.Musalov hər kəsi sevindirmək üçün əlindən gələni edəcəyinə söz verib:

“Yarımfinala çıxmaq minimum vəzifə idi. Amma mənim məqsədim qızıl medaldır. Azarkeşləri yaxınlarımı sevindirmək üçün, Azərbaycan bayrağını qaldırmaq üçün birinci olmaq istəyirəm”.

Hər iki döyüşün ağır keçdiyini deyən boksçu azarkeşlərin onu dəstəkləməsinin əlavə üstünlük olduğunu bildirib:

“Əlbəttə ki, tamaşaçıların səsini eşitmək məni daha çox ruhlandırırdı. Doğma meydanda heç kim pis çıxış etmək istəməz. Onlara minnətdarlığımı bildirirəm. Hər kəsi müqəddəs Ramazan ayı münasibətilə də təbrik edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm