Bakı 2015: Ayağı tutulduğuna görə uduzdu
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Ayağı tutulduğuna görə uduzdu

Dünya gümüş medalının sahibi, turnir öncəsi favoritlərdən biri sayılan almaniyalı Karolin Qolubitski qıcolmadan şikayət edir.

Publika.az xəbər verir ki, o, Avropa Oyunlarında qadınların rapira ilə fərdi yarışların 1/4 finalında uğursuzluğunu bununla əlaqələndirib.

Qolubitski italiyalı Alise Volpi ilə 1/4 final görüşünün ilk dəqiqələrində sağ baldır əzələsinin qıc olduğunu bildirir. Yoxsa, 15:5 hesabı ilə məğlub olmazdı: "Mənim sağ baldırımda qıcolma var idi. Bu, pis idi, amma heç nə etmək mümkün deyildi. Bu, utancvericidir. Mən yarışa yaxşı başlamamışdım və heç yaxşı da bitirə bilmədim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm