Bilgi.az
Aya “uçan” saat 1,6 milyon dollara satıldı
İnsanların Aya dördüncü enişi zamanı astronavtların birinin qolunda olan saat ABŞ-da keçirilən hərracda 1,6 milyon dollardan baha satılıb.
"RRAuction" satış evinin nümayəndəsi 12 dəqiqə davam edən intensiv alverdən sonra saatın floridalı biznesmen tərəfindən alındığını bildirib. ABŞ-da istehsal edilən "Bulova" saatı 1971-ci ildə Ay səthinə enən "Apollo-15" kosmik gəmisinin komandiri Devid Skottun biləyində olub.
"İndiyə qədər Ayın səthinə enən bütün astronavtlar NASA-nın təchiz etdiyi və ABŞ hökumətinin mülkiyyətində olan "Omega" markalı standart xronoqraflardan istifadə ediblər. Missiya zamanı "Omega" xronoqrafının siferblatındakı şüşənin sınıq olduğunu görən Skott bundan sonra öz şəxsi saatını taxmağa məcbur olub", - satış evinin məlumatında belə deyilir.
"Apollo-15" kosmik gəmisinin missiyası 1971-ci il iyulun 26-dan avqustun 7-dək davam etmişdi. Missiya çərçivəsində amerikalı astronavtlar Devid Skott və Ceyms İrvin ayda demək olar ki, üç sutka qalmışdılar.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu