• USD 1,7001 0,00% EUR 2,0063 +0,31%
    • GBP 2,2469 +0,21% RUB 0,0296 -0,34%

Ceyms Kukun 3 əsr əvvələ aid məşhur gəmisi tapıldı – FOTOLAR

  • Bilgi.az
  • 4 May 2016 10:25
  • 1 393 Baxış
Ceyms Kukun 3 əsr əvvələ aid məşhur gəmisi tapıldı – FOTOLAR

Tanınmış ingilis dəniz səyyahı, tarixə "bütün materiklərə ayaq basmış ilk insan" kimi düşən Ceyms Kukun 3 əsr əvvələ aid gəmisi tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-dan olan arxeoloqlar 18-ci əsrdə (1728-1779-cu illərdə) yaşamış məşhur İngilis dəniz səyyahı Ceyms Kukun məşhur "Endeavour" adlanan gəmisini tapıblar.

ABŞ-dan olan araşdırmaçılar "Endeavour"un qalıqlarını "Rhode Island" adasında yerləşən "Newport" limanı yaxınlığında aşkar ediblər.

Eyni zamanda, "Endeavour" gəmisi yaxınlığında 12 ayrı-ayrı gəmi qalıqlarını da tapıblar.

Mütəxəssislər sözügedən gəmilərdən birinin ən azı 80 faiz Ceyms Kukun məşhur "Endeavour" gəmisi olduğunu ehtimal edirlər.

Xatırladaq ki, Ceyms Kuk dünya okeanında və Avstraliyaya etdiyi dəniz səyahətləri nəticəsində böyük kəşflərə nail olub. Onun kəşfləri dünya xəritələrinin çəkilməsində böyük rol oynayıb.

Ceyms Kukun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilib.

Onu da bildirək ki, Ceyms Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti edib.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>