Bilgi.az
Erməni qadının “Zeynəb Xanlarova” şikayəti...
Bir neçə gün əvvəl bir qadın Ermənistanın Noyenberyan rayon Polis İdarəsinə şikayət edib.
"Qafqazinfo" xəbər verir ki, qadın polisə müraciətində deyib ki, qonşu blokda yaşayan ailə müntəzəm olaraq yüksək səslə Azərbaycan mahnıları oxutdurur və bundan narahatdır. Şikayətlə əlaqədar polis əməkdaşları hadisə yerinə göndərilir.
Polislərin araşdırması zamanı məlum olur ki, mahnılar əsasən Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi Azərbaycan xalq mahnılarıdır. Ailə başçısı Azərbaycan xalq mahnılarının vurğunu olduğu üçün həmin mahnıları Gürcüstanın Sadaxlı bazarından əldə etdiyini bildirir.
Mahnıları ən çox dinləyən isə hələ uşaq vaxtından mərkəzi sinir sisteminin pozulması nəticəsində iflic xəstəlikdən əziyyət çəkən 21 yaşlı gənc olur. Polislər heç bir tədbir görmədən evi tərk edirlər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu