Bilgi.az
Dondurmanı tez necə hazırlamalı?
Dondurma bütün zamanların və millətlərin ən məşhur və sevimli şirniyyatıdır. Onun dadı hər kəsi uşaqlığına qaytarır. Lakin onu mağazadan almaq mütləq deyil, bu dadlı deserti asanlıqla özünüz də hazırlaya bilərsiniz. Beləliklə, ev şəraitində necə dondurma hazırlamağın bir neçə sadə reseptini təqdim edirik.
Dondurmanı ev şəraitində hazırlamaq üçün sizə albalı cemi, qatılaşdırılmış süd ("squşonka") və xama lazımdır.
Ev dondurmasını necə hazırlamalı: xamanın həcmi ikiqat çoxalana kimi onu çalın və üzərinə qatılaşdırılmış südü yavaş-yavaş əlavə edin. "squşonka" və xamadan alınmış qatqını yenidən çalın.
Alınmış kütləni dərhal soyuq konteynerə tökün və ağzını kip bağlayaraq soyuducunun dondurucu kamerasına qoyun. Soyuducuda 1 saat qaldıqdan sonra dondurmanın üzərinə albalı cemi əlavə edin və qarışdırın. Alınmış dondurmanı bir daha soyuducuya qoyaraq 1 saat gözləyin. Dondurmanı stola qoyarkən üzərinə digər giləmeyvə və ya şokolad qoya bilərsiniz.
Əgər sizə təcili surətdə dondurma lazımdırsa, o zaman qablaşdırılımış ağ plombir dondurması alın, üzərinə mürəbbə və "squşonka" tökərək qarışdırın. Bundan sonra siz hazır dondurmanı stola qoya bilərsiniz.
Nura
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu