Bilgi.az
Britaniya “üçvalideynli” uşaqların doğulmasına icazə verdi
Britaniya parlamenti "üçvalideynli süni mayalandırma"ya icazə verən qanunu qəbul edib.
Publika.az xəbər verir ki, bununla Birləşmiş Krallıq "üçvalideynli" uşaqların yaradılmasına icazə verən ilk ölkə oldu.
Belə mayalanndırma zamanı "planlaşdırılan" uşaq üçün onun əsas iki valideynindən götürülmüş hüceyrə nüvələri bir hüceyrədə əlavə donor qadından alınmış mitoxondri ilə birlikdə yetişdirilir.
Bu üsul bir sıra irsi və digər təhlükəli xəstəliklərin qarşısının alınması üçün istifadə olunacaq.
Hüceyrə üzvlərindən biri olan mitoxondri əsas nüvənin malik olduğu bütün genetik informasiyanın surətinə malik olsa da, onun daşıdığı əlamətlər yalnız anadan uşaqlara ötürülür.
Beləliklə, praktik olaraq burada söhbət iki analı və bir atalı uşaqdan gedir.
Rəsmi kilsə bu üsulun tətbiqi əleyhinə çıxırdı.
Lakin parlamentdə 90 dəqiqə davam edən debatlardan sonra qanun 282 leyhinə 128 əleyhinə nisbəti ilə qəbul edilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu