NASA bizi yadplanetlilərlə tanış edəcək
Bizi izləyin

Bilgi.az

NASA bizi yadplanetlilərlə tanış edəcək

Amerikanın Kosmik Agentliyi NASA alimlərinin son açıqlamalarına görə, təxminən gələcək 10-20 il ərzində yadplanetlilərlə tanış olacağıq.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, NASA alimlərindən Ellen Stofan açıqlamasında bildirib ki, gələcək 10 il ərzində dünyadan kənarda həyat olmağına dair faktlar əldə ediləcək. Alimin sözlərinə görə, dəqiq faktlar isə 20 il ərzində əldə ediləcək.

"Hara baxacağımızı və necə baxacağımızı bilirik. Geniş araşdırma üçün lazım olan texnologiyaya sahibik"-deyə alim fikirlərini əsaslandırıb.

NASA-nın digər bir alimi Jaffery Nyumark isə bildirib ki, qarşıda duran sual həyatı tapıb-tapmayacağımız deyil, həyatı nə vaxt tapacağımızdır.

"Ancaq biz yadplanetli deyəndə balaca yaşıl adamları nəzərdə tutmuruq. Biz mikroblardan danışırıq"- o əlavə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm