Elm və təhsil
Müəllimlərə şad XƏBƏR: Maaşlar artırılacaq - RƏSMİ
Azərbaycanın 26 rayonunda noyabr-dekabr aylarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçənlər üçün əmək haqqı sisteminin yeni qayda ilə hesablanmasına gələn ildən başlamaq nəzərdə tutulur.
Publika.az Trend-ə istinadən bildirir ki, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib ki, müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsinə iki il əvvəl başlanılıb. İlk olaraq 2014-cü ildə Bakı şəhərində diaqnostik qiymətləndirmə keçrilib. 2015-ci ildən artıq yeni qaydalarla dərs yükü normasının müəyyənləşdirilməsi və bunun əsasında da əmək haqqının hesablanması həyata keçirildi".
Ötən il ölkənin 3 şəhər və 9 rayonunda qiymətləndirilmə davam etdirilib. Bu il 26 rayonda noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin keçirilməsi planlaşdırılır: "Bununla da biz ölkə üzrə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əhatə dairəsini 70 faizə çatdırmağı planlaşdırırıq. Başqa sözlə, islahat təxminən 100 min müəllimi əhatə edəcək".
C.Bayramov deyib ki, hazırda Təhsil Nazirliyinin işçi qrupu diaqnostik qiymətləndirmə keçiriləcək 26 rayonda işçi səfərindədir: "Orada görüşlər keçirilir, müəllimlərə prosedurlar izah edilir. Təbii ki, bu izahatlar verilərkən ötən illərin təcrübəsi nəzərə alınacaq".
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı