Qərənfillərdən ilham alan dizaynerin möhtəşəm kolleksiyası – FOTOLAR
Bizi izləyin

Dəb

Qərənfillərdən ilham alan dizaynerin möhtəşəm kolleksiyası – FOTOLAR

“Oscar de la Renta” moda evi Nyu York Moda Həftəsi çərçivəsində 2016 yaz-­yay kolleksiyasını təqdim edib.

Zərif xanımların seçimi olan “Oscar de la Renta” bu il də romantik üslubdakı libaslarla diqqət çəkib. Belə görünür ki, gənc dizayner Piter Koppinq görkəmli kuturye Oskar de la Rentanın ənənələrinə sadiq qalıb. Dizayner Piter Koppinq kolleksiyanı hazırlayarkən qırmızı qərənfillərdən ilham aldığını bildirib. Bu da özünü kolleksiyanın hər detalında büruzə verib. Qırmızı və qara rəng kolleksiyanın əsas leytmotivi olub. Qabarıq ətəklər, tül və gipür detallarının olduğu maksi donlar yeni mövsümün dəbini diqtə edib. Həmçinin çiçək printləri göz oxşayıb.

Publika.az xanımların sevimli brendi “Oscar de la Renta”nın yeni kolleksiyasını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm