Əfsanəvi moda evinin yeni kolleksiyası Milan moda həftəsində - FOTOLAR
Bizi izləyin

Dəb

Əfsanəvi moda evinin yeni kolleksiyası Milan moda həftəsində - FOTOLAR

Milan moda həftəsi çərçivəsində dünən “Dolce & Gabbana” moda evinin yeni kolleksiyası nümayiş olunub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İtaliyanın əsas dəb dueti: Domeniko Dolçe və Stefano hər mövsüm nümayişdən əsl şou düzəldərək inanılmaz nəsə yaradırlar. Və bu il də istisna olmadı. Moda evinin kreativ dizaynerləri Domeniko Dolçe və Stefano Qabbana bu dəfə də öz pərəstişkarlarını heyrətləndiriblər.

Birincisi, podiumda təqdim olunan dəstlərin sayı 91 olub. Belə bir addımı isə hər kuturye ata bilməz. İkincisi, dizaynerlərin doğma vətəninə olan məhəbbəti geyimlərdə öz əksini tapıb. Geyimlərdə "Roma", "Venesiya", "Sanremo", "Portofino", "İtali is Love" kimi yazıların yazılması nümayişin ən maraqlı məqamlarından biri olub. Dəfiləyə gələn qonaqlar “Dolce & Gabbana” sayəsində İtaliya coğrafiyasını bir daha xatırlayıblar. Dizaynerlər vətənə olan məhəbbətlərini parlaq rənglər, gül və İtaliya mənzərələri ilə ifadə ediblər. Və üçüncüsü, kolleksiya həmişə olduğu kimi cazibədar, parlaq və çox incə alınıb!

Ən təəssüfləndirici məqam isə podiumda bu dəfə uşaqların görünməməsi olub. Lakin podiumda selfi çəkən qızlar qonaqları darıxmağa qoymayıblar.

Nümayişdə tanınmış dizayner Ulyana Sergeyenko da iştirak edir. O, dəfiləyə qızı ilə birlikdə qatılıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm