Bu yayın saat dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Bu yayın saat dəbi - FOTOLAR

Kimsə yayda saatın lazım olmadığını deyirsə, səhv edir. Əlbəttə onlar isti yay günlərini uzada və zamanı dayandıra bilməz, amma bu gözəl aksessuar sizə qrafiki düzgün planlaşdırmağa, heç yerə gecikməməyə və günün istənilən saatından zövq almağa kömək edəcək. Bundan başqa, onlar yay obrazlarına rəngarənglik bəxş edəcək.

Publika.az-ın dəb bölməsi yay mövsümünün saat dəbinə aid beş aktual model seçib.

Ağ rəngdə

Ağ rəngli modellər incə və zərifdir, onlar qolda gözəl görünəcək və qaralmış dərini ideal vurğulayacaq. Bu, saatlar həm işgüzar, həm romantik görüşlər, həm də səs-küylü əyləncə məclislərində eyni dərəcədə effektli təsir bağışlayır. Klassik rəng qamması sayəsində ağ saatlar digər aksessuarlarla asanlıqla uzlaşacaq. Məsələn, dəri və ya zəncir bilərziklərlə, falanqa və ya sadə üzüklərlə ideal vəhdət yaradacaq. Təbii dəridən olan nazik qayışlı modelləri seçin, onları hətta isti günlərdə taxmaq rahat olacaq.

Parıltı

Yay aylarında alıcılar saatların funksionallığından çox formasına diqqət edir. Axı qarşıda bizi əyləncəli gecələr gözləyir. Stilistlər və dizaynerlər saatların siferblatı və korpusunu bəzəməyə üstünlük verir. Siferblatı bahalı daş-qaşla işlənmiş saat seçərkən qara balaca qayışlı modelləri nəzərdən qaçırmayın. Əksinə, parıldayan daş-qaşlar qara kəmərin fonunda xüsusilə ifadəli görünür. Ərəb və ya rum rəqəmlərinin olmaması isə saatın ümumi görünüşünü daha incə və düşünülmüş edir.

Minimalizm və sadəlik

Bu istiqamətlər artıq bir neçə mövsümdür ki, məşhur saat brendləri üçün vektor olub. Dizaynerlər kişi saatları arasından ən yaxşı modelləri seçib qadınsayağı versiyalarını düzəldir. Minimalist saatlar hədsiz bərbəzəkdən məhrumdur, amma ideal formada korpus, brendin firma nişanları saata qeyri-adi sadəlik verir. Belə saatlar işgüzar tərz üçün əla seçim olacaq, onu daha mühafizəkar və dəbli göstərəcək.

İncəsənət

Saatlar həmişə dizaynerlər üçün eksperiment mövzusu olub. Bu yay xüsusi diqqət qeyri-adi modellərə verilib, saat ustalarının rəssamlar və zərgərlərlə əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş saatlara heyran olmamaq mümkün deyil. Bənzərsiz siferblat, qeyri-adi dizayn və digər incə işləmələrin bir saatda cəmlənməsi ətrafdakıların mütləq böyük heyrətinə səbəb olacaq.

Sədəf arzusu

Yay kolleksiyalarında saatlarda sədəflər də müşahidə olunur. Siferblatında dekor olaraq sədəf istifadə olunmuş saatlar isti dənizi xatırladacaq.

P.S. Zövqünüzcə olan saatı seçin və qolunuzdakı gözəllikdən zövq alın. Yay balaca həyatdır və onun parlaq dəqiqələrinin heç birini əldən verməməyi bacarmaq lazımdır!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm