Mövsümün trendi: Rəngli siferblatlı saatlar - - FOTOLAR
Bizi izləyin

Dəb

Mövsümün trendi: Rəngli siferblatlı saatlar - - FOTOLAR

Saat siferblatlarında rənglərin bolluğu hökm sürdüyü zamanı izləmək daha maraqlı olur.

Publika.az xəbər verir ki, bu mövsümün saat dəbi siz təsəvvür etdiyinizdən daha əyləncəli və rəngarəngdir.

“Jaeger-Lecoultre”

Bənövşəyi qayışlı və bənövşəyi siferblatlı “Rendez-Vous Day & Night” qadın sat kolleksiyasının ən parlaq yeniliyi olub.

“Dior”

“La D de Dior Granville” saatı ziddiyyətli rəngləri ilə seçilir: yaşıl xrizopaz daşı, üstəgəl çəhrayı sapfirlər fonunda laklı göy kəmər. Bir sözlə, gözünüzü saatdan çəkə bilməyəcəksiniz.

“Hublot”

Parlaq “Big Bang Pop Art” ilk dəfədir ki, korpusun diametri 39 mm çıxır. Kəməri yeni sistemlə təchiz olunmuş saat mövsümün hiti olacaq.

“Hermes”

“Faubourg Manchette Joaillerie” saatının korpusu malaxit və zümrüd qaşlarla işlənib, kəməri isə yaşıl dəridən hazırlanıb. Materialların tonları mükəmməldir.

“Ulysse Nardin”

Dolğun bənövşəyi rəngdə “Dual-Time Executive” model işgüzar səfərlər üçün nəzərdə tutulub.

“Rado”

“True Colours” kolleksiyasında saatın həm siferblatı, həm kəməri, həm də saatın korpusu tünd-yaşıl rəngdə yüksək texnoloji keramikadan düzəldilib.

“Baume & Mercier”

Miniatür “Petite Promessе” saatı gözəl, narıncı çalarlı və zərif ikili kəmərlə əla görünür.

“Breguet”

Qeyri-adi lavanda çaları sayəsində “Reine de Naples Princesse Mini” modeli də bu mövsüm diqqət mərkəzində olacaq.

“Fendi”

Asimetrik “Policromia” modeli də orijinal dizaynı ilə seçilir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm