Cennifer Lopezdən MİLYON DOLLARLIQ QLAMUR STİL - FOTOLAR
Bizi izləyin

Dəb

Cennifer Lopezdən MİLYON DOLLARLIQ QLAMUR STİL - FOTOLAR

Xəbər verdiyimiz kimi dünən “People's Choice 2017” mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Xəbər verdiyimiz kimi dünən "People's Choice 2017" mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mərasim başlamazdan əvvəl qırmızı xalıda ulduzların gözqamaşdırıcı dəfiləsi baş tutub. Cennifer Lopez, Bleyk Layvli, Eşli Qrin, Kristen Bel və digər Hollivud gözəlləri ənənələrinə sadiq qalaraq mərasimdə təmtəraqlı libasları və bahalı zinət əşyaları ilə göz oxşayıblar.

Xüsusilə gecənin aparıcılığı edən Cennifer Lopez qara məftunedici stili və milyon dollarlıq zinət əşyaları sayəsində olduqca qlamur görünüb. Ulduz gecədə sinəsi bahalı daş-qaşlarla işlənmiş, döşəməyə qədər uzunan qara donu ilə seçilib. Yeri gəlmişkən qeyd edək ki, pop divanın libasının dizaynı "Reem Acra" moda evinə aiddir. O, görünüşünü atquyruğu saç modeli, dumanlı makiyaj, parıltılı klatç və bahalı zinət əşyaları ilə tamamlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm