Birinci xanımdan ən gözəl QİSAS ÜSULU - FOTOLAR
Bizi izləyin

Dəb

Birinci xanımdan ən gözəl QİSAS ÜSULU - FOTOLAR

Melaniya Trampın ilk xarici səfəri moda tənqidçilərini birinci xanımın qarderobunu təhlil etməyə məcbur edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dəb mütəxəssisləri hesab edir ki, Melaniya Tramp adı bir vaxtlarda böyük qalmallarda hallandığı üçün onu geyindirməkdən imtina edən dizaynerlərdən qisasını alıb. Prezidentin xanımı öz seçdiyi geyimləri ilə bir daha nümayiş etdirib ki, amerikalı dizaynerlər onu geyindirməkdən imtina etdiyi üçün heç də uduzmayıb.

Andiçmə mərasiminə qədər Tom Ford, Zak Pozen, Mark Ceykobs və daha bir neçə aparıcı modelyerlər M.Trampa boykot elan edərək birinci xanımı geyindirmək istəmədiklərini bildirmişdilər. Bu hadisədən sonra birinci ledi Avropanın “Dolce & Gabbana” və “Roksanda” kimi məşhur moda evlərinə müraciət etmişdi.

Stilistlərin rəylərinə görə, prezidentin 47 yaşlı xanımı Səudiyyə Ərəbistan, Belçika, Vatikan səfərlərində, eləcə də digər çıxışlarında qüsursuz görünməyi bacarıb. Tənqidçilər hesab edirlər ki, onun hər bir çıxışı dəqiqliklə düşünülmüşdü və dəstləri əsl güc nümayişi idi.

Dəb redaktoru Anna Vinturun “Rəqibindən daha yaxşı ola bilmirsənsə, heç olmasa ondan daha yaxşı geyin” şüarına ABŞ-ın qalmaqallı ledisi əməl edib. Bununla da Melaniya onu incidənlərdən öz qisasını almış olub.

Xarici KİV-lərin yazdığına görə, amerikalı dizaynerlər artıq geri addım atmağa hazırdır. İddialarda deyilir ki, bəzi dizaynerlər özünü birinci xanım statusuna layiq olduğunu sübut edən Melaniyanın üslubuna heyran qalıb.

Mənbələrin sözlərinə görə, Melaniyaya onun mərhəmətini qazanan brendlərdən hər gün onlarca paket gəlir. Birinci xanım onlardan bəzilərini geri qaytarır, bəzilərini isə saxlayır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm