Stil ikonasının sevimli çanta modelləri yayın trendi oldu - FOTOLAR
Bizi izləyin

Dəb

Stil ikonasının sevimli çanta modelləri yayın trendi oldu - FOTOLAR

Həsir çantalar bir vaxtlar çimərlik tərzinin ayrılmaz detalı sayılıdı. Lakin son illərdə yalnız sahillərdə deyil, eyni zamanda street-style xronikalarında da bu aksessuarı görürük. Sözügedən çanta modeli fashion-ekspertləri tərəfindən yekdilliklə bu yayın əsas trendi qəbul edilib. Onların böyük və miniatür, klassik, çəhrayı və ya qəhvəyi rəngdə olmasının fərqi yoxdur. Xoşunuza gələni seçin və obraza bir az kurort arxayınçılığı əlavə edin.

Publika.az xəbər verir ki, həsir çantaların əsas pərəstişkarı kimi məşhurlardan aktrisa Ceyn Birkini misal göstərmək olar. Stil ikonası “Hermes” moda evinin onun üçün özəl “Birkin” modelini hazırlayana qədər həsir çantaları gündəlik obrazlarında tez-tez istifadə edib. O, sevimli çantasını göy cinslərlə, ağ dəstlərlə, axşam tualetləri ilə, mini-yubkalarla, hətta şuba və paltolarla da taxırdı.

Həsir çantaların dəbə minməsində böyük payı olan kino ulduzu həmin modeli Mavi sahillərdə yerləşən mağazaların birində görüb aşiq olmuşdu. Bu gün isə hər şey daha asandır, istənilən demokratik brendlərin mağaza rəflərində həsir çantalara rast gəlmək olar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm