İlin ən çox satılan dəb brendləri açıqlandı
Bizi izləyin

Dəb

İlin ən çox satılan dəb brendləri açıqlandı

“Business of Fashion” jurnalı 2017-ci ilin ikinci rübündə ən çox satılan dünya brendlərinin siyahısını tərtib edib.

Publika.az xəbər verir ki, siyahıda “Gucci”, “Yeezy”, “Vetements”, “Givenchy”, “Prada”, “Balenciaga”, “Nike”, “Fendi”, “Valentino” və “Y-3” kimi dünya brendləri yer alır. Bu il də birincilik məhz “Gucci” brendinə məxsus məhsullarda olub. İtalya brendinin istehsal etdiyi məhsullar hər il 65 milyon insan tərəfindən əldə edilir.

Mütəxəssislər İtaliya brendinin hər il siyahıya liderlik etməsinin səbəbini şirkət məhsulları haqqında çəkilən çoxsaylı fantastik filmlər və televiziya reklamları ilə yaxından əılaqəli olduğunu düşünürlər.

"Business of Fashion” jurnalı eyni zamanda brendlərin ən çox satılan məhsulları haqqında da siyahı təqdim edib. Siyahıya görə, “Gucci”dən bantlı ziyafət geyimlərindən sonra “Chloé Nile” çantaları, “Serafina Diane von Furstenberg” geyimləri, ayaqqabı modelləri arasında isə "Saint Laurent”in “YSL” dikdaban, “Givenchy” məhsullarından isə idman ayaqqabıları var.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm