Dəb
Bozun digər rənglərlə ideal harmoniyası - FOTOLAR
Aprel ayında günəş şüaları bizi aldatmaqla məşğuldur. Baş açmadığımız belə havalarda qarışıq görünməmək üçün boz rəngli geyimləri təklif edirik.
Boz rəng xüsusilə qara rəngin alt tonu olduğu üçün baharın parlaq rəngləri ilə də uyğun gəlir.
Boz rəngi seçənlər ətrafdakılardan qiymət gözləyirlər. Digər insanların fikirlərinə qarşı diqqətlidirlər, şəxsi mənfəət güdmürlər. Xəyalpərəstdirlər, duyğularını gizlətmirlər. Bu insanlar sizə darıxdırıcı gələ bilər, lakin onlara həmişə güvənə bilərsiniz. Çünki çətin anlarınızda sizə mütləq kömək əlini uzadırlar. İntim həyatlarında açıq-saçıqdırlar. Boz rəngi seçənləri adətən, soyuqluqda günahlandırırlar, amma bu yanlış fikirdir, sadəcə onlar həddən artıq cəsarətsizdirlər.
Boz rəng tək istifadə olunduqları zaman yeknəsəq görünür. Lakin bacarıqlı bir əlin köməyi ilə, uyğun aksessuarlarla gözəl dəstlər ərsəyə gətirmək olar.
Baharda boz tonlarını hansı rənglərlə istifadə etsəniz, daha yaxşı olar? Gəlin birlikdə suallarınızı cavablandıraq.
Ziddiyyət uyğunluğu: boz və sarı
Kombinin detalları:
Pencək: “Miss Selfridge”
Çanta: “Balenciaga”
Şərf: “Toast”
Ayaqqabı: “Miu Miu”
Boz neytral, ruh düşkünlüyü yaradan rəng olsa da, enerji və işıqsaçan sarı ilə birlikdə istifadə edildikdə qəmgin effekti azalır. Boz, diplomatik və ağır rəng olmasına baxmayaraq, enerjili sarı ilə əla qalır. Lakin bu dəstə ağ rəngi də əlavə etməyi unutmayın.
Ayrılmaz rəng harmoniyası: boz və zərif çəhrayı
Kombinin detalları:
Paltar: “The To Follow”
Baletka: “Topshop”
Şərf: “Valentino”
Pencək: “Forewer New”
Boz və çəhrayı bir-biri ilə yola gedən, inanılmaz harmoniya yaradan rəng kimi tanınır. Ümumiyyətlə, çəhrayı istifadə edən xanımlar dəstə mütləq boz rəng geyim əlavə etməlidir. Biz də bu ideyadan ilham alaraq zərif çəhrayı və bozu birləşdirmişik.
Lakin boz rəngdən daha çox istifadə etmək tələb olunur.
Soyuq tonlar: boz və mavi
Kombinin detalları:
Jaket: “Topshop”
Köynək: “H&m”
Çanta: “Rebecca Minkoff”
Baletka: “Chiara Ferragni”
Boz və mavi hər ikisi soyuq rənglər olduğu üçün uzlaşdırmaqda heç bir çətinlik çəkməyəcəksiniz. Bol və ya “boyfriend” köynəklər bu mövsümün trendidir. Xüsusilə, hicablı xanımların qarderobunun xilaskarı olmağı bacarıb. İstər şalvar, istərsə də, ətəklərlə rahatlıqla uzlaşır.
Aytən
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO