Ən gözəl dodaqlı qadının qüsursuz stili – FOTOLAR
Bizi izləyin

Dəb

Ən gözəl dodaqlı qadının qüsursuz stili – FOTOLAR

Skarlet Yoxansonun yeni layihələr üçün etdiyi dəyişikliklər, həm də öz parlaq obrazları ilə bizi sevindirir.

Ümumilikdə bu aktrisanın zövqünə şübhə etməyə dəyməz. Cazibədar aktrisanın özünəməxsus tərzi var. O, dəbin tez ötüşən qaydalarına uymur, tez dəbdən düşən trendlərin təsirinə məruz qalmır. Aktrisa geyimdə çox nadir hallarda xırda qüsurlara yol verə bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı aktrisa dünən paparazzilərin obyektivinə tuş gəlib.

Verilişə dəvət olunan Skarlet Yoxanson mükəmməl bədən quruluşunu vurğulayan ağ libas seçib. Ağ paltarın üstündəki iri gül şəklində applikasiyalar çox maraqlı görünür.

Aktrisa üslubunu kaşmir palto, bej çalarlı incə stilettolarla, girdə, zərli və retro stilində eynəklə tamamlayıb.

Aktrisanın stili zərif, dəbli, eyni zamanda çox sadə görünür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm