Bu yay belə toy etmək çox dəbdə olacaq - FOTOLAR
Bizi izləyin

Dəb

Bu yay belə toy etmək çox dəbdə olacaq - FOTOLAR

Bohem (fransız dilində qaraçı deməkdir) üslubu özündə ziddiyyətli cəhətləri birləşdirir. Bu, təəccüblü hal deyil, axı bohem üslubu əvvəldən burjua həyat tərzinin əksinə olaraq yaranmışdı. Azad köçəri qaraçı həyatından ilhamlanan yaradıcı peşə sahibləri və ya heç bir fəaliyyəti olmayan insanlar ümumi qaydaları inkar edərək azadfikirliliyi yayırdılar.

Məhz buna görə də bohem üslubu öz unikal detalları və tapıntıları ilə hər kəs üçün təkraredilməz və rəngarəngdir. O, özündə folklor, hippi və qaraçı üslubunun elementlərini, o cümlədən eklektizmi (Ekletizmin əsas hədəfi obyektiv metodları kənara qoyaraq inanc, bilgi və sənət mövzularından bir neçə ünsürü toplayaraq bunu müstəqil bir düşüncə sistemi olaraq qəbul edilməsi deməkdir) birləşdirir. Bohem üslubu kənardan çox adi görünsə də, əslində belə deyil. Bohem tərzində geyinmək üçün nəyi gəldi birləşdirmək olmaz. Zövqsüzlüklə incəliyi bir-birindən ayırmaq lazımdır. Ancaq düşünülmüş bohem üslubu həqiqətən də həm fərdi, həm də mükəmməl görünür.

Bu yay dizaynerlər hər zaman fərqlənmək istəyənlər xanımlara toy libasını bohem tərzində seçməyi təklif edirlər. Çünki bu üslubda tərtib edilən toy qeyri-adi görünür.

Gəlinin tərzi

Bohem gəlinin paltarı onun təbiətini və xarakterini əks etdirir. Bu obrazda heç bir korset, yerə qədər sürünən şleyflər, enli yubkalardan istifadə olunmur. Paltarın fasonu sadə və sərbəst olmalıdır, amma gəlinlik mütləq bahalı parçalardan olmalıdır.

Paltarı ənənəvi olaraq ağ rəngdə seçməyə də bilərsiniz. Bohem üslubu gəlinliyin qeyri-adi çalarlarda olmasını alqışlayır. Bohem üslubunda gəlinliklər boz, qızılı, pastel çəhrayı, şaftalı, nanə, şokolad və digər rənglərdə ola bilər.

Saç düzümü

Bohem gəlinin saç düzümü təbii olmalıdır, hətta bir az da düşünülmüş səliqəsizlik hiss olunmalıdır. Uzun axan saçlar ideal variantdır. Həmçinin hörüklər də bu üslubla çox əla gedir. Bohem gəlinin saç düzümündə mühüm detal saç bəzəkləridir. Bu, gül çələngi, dəbdəbəli krujevalar, yüngül sarğı kimi lentlər və ya qeyri-adi sancaqlar ola bilər. Bu makiyajda əsasən gözlər və kirpiklər vurğulanmalıdır.

Gəlinin gül buketi də orijinallığı ilə fərqlənməlidir.

Bəyin geyim tərzi

Bohem tərzində toyda bəy də özünəməxsus geyimi ilə seçilməlidir. Bəyin geyim tərzini qeyri-rəsmi sözü ilə xarakterizə etmək olar. Pencəyi jiletlə dəyişmək olar, köynək isə sadə olmalıdır. Qeyri-klassik rəngdə parçalar təbii bohem tərzinə əla yaraşır. Ayaqqabı isə rahat və qeyri-adi olmalıdır, ən gözəl variant zamşa mokasinlərdir. Bu tərzdə şlyapalar da alqışlanır.

Toyun keçirildiyi yer

Bohem üslubu bu yay çox aktualdır. Lakin bu zaman toyun harada keçirilməsi də əhəmiyyətlidir. Əgər, gəlinlik paltarını bohem tərzində seçimisinizsə, bohem janrının qanuna görə, toy mütləq təmiz havada olmalıdır. Ən yaxşı vəziyyətdə yaşıllığın, ağacların bol olduğu bir məkanda və ya dəniz sahilində toy təşkil etmək olar. Mərasimin tərtibatında budaqlardan çin fənərləri asılır, boş, rənglənmiş bankalardan istifadə olunur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm