23 yaşını qeyd edən modelin təmtəraqlı ziyafət libasları - FOTOLAR
Bizi izləyin

Dəb

23 yaşını qeyd edən modelin təmtəraqlı ziyafət libasları - FOTOLAR

İyunun 10-da amerikalı model və aktrisa Keyt Apton doğum gününü qeyd edir. 23 yaşı tamam olan model dünyanın hər yerində dolğun bədən quruluşu, xüsusi ilə kişilərin ağlını başından alan sinəsi ilə tanınır.

Publik.az gənc modelin ad günü münasibəti ilə ən yaddaqalan obrazlarını toplayıb.

Qeyd edək ki, modelin sinəsi həcmli olsa da, ideal bədən quruluşuna malikdir. Ona görə də, Keyt qəşəng bədən quruluşunu hər vəchlə vurğulamağa çalışır. O da bütün qadınlar kimi gözəl geyinməyi sevir. Lakin bu, həmişə uğurlu alınmır.

Adətən, bədənə kip oturan paltarlar seçən model, əlbəttə ki, üstünlüyü sinə dekoltesinə verir. İncə belinin eleqant görünməsi üçün kəmərdən istifadə edir. Bu sayədə üslubu çox qadınsayağı alınır.

Aktrisa parıltı və dəri parça pərəstişkarıdır. Dəri geyimlər aktrisasının seksuallığını daha effektli göstərir.

Keyt Apton həm də ağ-qara rəng dəlisidir. Rəngləri qarışdırmağı sevmir. Çox zaman tək rəng geyinməyə üstünlük verir.

Qələm ətəkləri aktrisa böyük həvəslə və məmnuniyyətlə geyinir. Bu tərzdə o, qırmızı xalı mərasimlərində inanılmaz dərəcədə ehtiraslı görünür. Ümumiyyətlə, Keytin üslubu təkrarolunmaz seksuallığı ilə seçilir.

Klassik dikdaban ayaqqabılar modelin üslubunun daha bir dəyişməz atributudur. Modeli nadir hallarda yastıdaban ayaqqabılarda görmək olar.

İri sinəsi ilə kişiləri heyran edən Keyt Apton aksessuar seçimində də olduqca məharətlidir. O, obrazlarını zinət əşyaları ilə yükləmir. Keyt aksessuarlardan harada və necə istifadə etmək lazım olduğunu hiss edir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm