Cey Lonun gözəlliyi brend geyimləri kölgədə qoydu - FOTOLAR
Bizi izləyin

Dəb

Cey Lonun gözəlliyi brend geyimləri kölgədə qoydu - FOTOLAR

Müğənni və aktrisa Cennifer Lopez Amerika markası “Kohl” ilə əməkdaşlığa davam edir. Ceyl Lo brend üçün yay geyimlərindən və aksessuarlardan ibarət kapsul kolleksiya hazırlayıb.

Kolleksiyada çiyni açıq libaslar, şalvarlar, tulumlar, cins şortlar və etnik tərzdə geyimlər yer alıb.

Lopez öz zövqünə uyğun olaraq bəbir və tropik printlərə üstünlük verib. Ən iddialı şapkaları, günəş eynəklərini, qolbaq və üzükləri hazırlayıb.

Lopez yeni kolleksiya üçün kamera qarşısına keçib və maraqlı pozalar verib. Olduqca füsunkar görünən Cey Lonun gözəlliyi modelləri də, bahalı geyimləri də kölgədə qoyub.

Qeyd edək ki, Cennifer Lopez bu brendlə ilk dəfə 2013-cü ildə əməkdaşlıq edib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm