Rahatlıqdan imtina edə bilməyənlər üçün yayın başmaq dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Rahatlıqdan imtina edə bilməyənlər üçün yayın başmaq dəbi - FOTOLAR

Bir neçə mövsümdür ki, başmaqlar məşhur moda evlərinin yaz-yay kolleksiyalarında yer alır. Bu mövsümün ayaqqabı kolleksiyalarına isə maskulin tərzdə itiuclu başmaqlar da daxil olub. Publika.az-ın dəb bölməsi xəbər verir ki, dəb bloqqerləri itiburunlu başmaqların trendə çevrilməsinə nail olublar.

Başmaqlar qulaqda qeyri-ciddi səslənməsinə baxmayaraq, kostyum, şalvar-pencək dəstləri ilə əla uzlaşır. Cins şalvarlar da başmaqlarla eyni dərəcədə effektli görünürlər. Üstəlik, yay başmaqları səfər üçün çox rahatdır. Belə ayaqqabılarda səhərdən axşama kimi bütün şəhəri yorulmadan gəzmək olar. Bir sözlə, itiuclu başmaqlar kişisayağı geyinməyi xoşlayan xanımların qarderobunda xüsusi yer tutacaq.

Dizaynerlər itiuclu başmaqların ağ, qara, qəhvəyi və ya metal rəngli variantlarını təklif edirlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm