Atası azərbaycalı olan modelin möhtəşəm evi - FOTOREPORTAJ
Bizi izləyin

Dizayn

Atası azərbaycalı olan modelin möhtəşəm evi - FOTOREPORTAJ

Türkiyəli model və məşhur aparıcı Şağla Çikel möhtəşəm evini nümayiş etdirib.

Türkiyəli model və məşhur aparıcı Çağla Çikel möhtəşəm evini nümayiş etdirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı “Instyle Home” jurnalının fevral buraxılışının siması olub. Çağla Şıkel 5 il əvvəl aldığı 800 kvadratmetrlik 4 mərtəbəli, hovuzu və geniş bağı olan villasında fotosessiya etdirib.

Evin giriş hissəsi zal, yemək otağı, mətbəx və qonaq tualetindən ibarətdir. Üst mərtəbədə Çağlanın qarderob otağı və 2 oğlunun otağı yerləşir. Çardaqda da vanna otağı ilə böyük bir yataq otağı var.

Çağla Şıkel evin dekorasiyasında keçmiş əri Emre Altuğun da rolu olduğunu bildirib: “Emre dekorasiya ilə maraqlanır. Evlə bağlı qərarları evli olduğumuz dövrdə birlikdə vermişdik. Emre ilə boşandıqdan sonra heç bir şeyi dəyişdirməmişəm. Divara asdığımız ailə şəkillərimiz də yerindədir. Salonun dekoru uşaqlar üçün dəyişir. Məsələn, uşaqlar divanları bir kənara çəkib evi futbol sahəsinə çevirir”.

Çağla Şıkel evdə heç kəsin televizor izləmədiyini vurğulayıb: “Evdə televiziya var, amma baxmırıq. Uşaqlara nağıl danışıram. Pijamamı geyinib 22.00-da yatıram".

Modelin geyin otağında 7 mərtəbəli ayaqqabı şkafının olması isə heç təəccüblü deyil.

Məlumat üçün bildirək ki, Çağla Şikelin atası əslən azərbaycanlıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm