Filipp Kirkorov Moskvanın elit qəsəbəsində 12 milyon dollara villa aldı - FOTOLAR
Bizi izləyin

Dizayn

Filipp Kirkorov Moskvanın elit qəsəbəsində 12 milyon dollara villa aldı - FOTOLAR

Filipp Kirkorov 12 milyon dollara villa alıb.

Filipp Kirkorov 12 milyon dollara villa alıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu yaz Flipp Kirkorov 50 illik yubileyini qeyd edəcək. Müğənni indidən doğum günü hazırlıqlarına başlayıb. Məlum olub ki, Kirkorov bu münasibətlə özünə bahalı hədiyyə alıb. Rusiyalı müğənni uşaqları Alla-Viktoriya və Martinlə birlikdə özünə aldığı 12 milyon dollarlıq villaya köçüb.

Nəhəng malikanə mənzərəli buxtaya baxır. Kirkorovun evi Moskva çayı ətrafında yeləşir. Yarımada üç tərəfdən mənzərəli buxta ilə əhatə olunub. Yarımadanın sakinləri bildirib ki, elit qəsəbədə cəmi 30 villa var. Hər bir ev öz orijinallığı və dəbdəbəsi ilə fərqlənir. Bu da təəccüblü deyil, axı onlarda yalnız seçilmiş insanlar yaşayır.

1 hektarlıq malikanədə hovuzlu sauna və idman zalı, tennis kortu, qışda buz meydançası, qaraj və iki qayıq, xüsusi çimərlik, barbekü üçün ayrıca zonası var. Birinci mərtəbə mətbəx, iş, qonaq və yemək otağından ibarətdir. Çardağı isə ifaçı uşaqlar üçün ayırıb. Bundan başqa, Alla və Martinin hər birinin vannası olan xüsusi otaqları var. Oyun otağı isə oyuncaqlarla doludur.

Rieltorlarin qiymətləndirməsinə görə, bütün bu zinət pop-kralına təqribən 12 milyon dollar başa gəlib. Yeri gəlmişkən, interyerin bütün detalları ilə Filipp özü şəxsən məşğul olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm